Millət vəkilimizin anası, tanınmış şairə Nurəngiz Gün dəfn olundu

1
33

Nurəngiz Gün Azərbaycanın tanınmış şairəsi Nurəngiz  Günün 76 yaşında vəfat etməsi barədə Zerdab.com saytında məlumat vermişdik. 1938-ci ildə Bakı şəhərində anadan olan Nurəngiz Gün orta məktəbi bitirdikdən sonra 1 saylı Bakı Tibb Məktəbində, sonra isə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsilini davam etdirib. Şairənin qızı, Zərdab rayonundan millət vəkili Jalə Əliyeva: “Mən anamla nəfəs alırdım, o, mənim üçün əvəzsiz idi. Mən onun həyatda olmamasını, qızım deyərək başımı sığallamayacağını təsəvvür edə bilmirəm”,-deyib. Jalə Əliyeva anasının həm xəstəliyi, həm də son arzusu qarşısında gücsüz olduğunu deyib: “Nurəngiz xanımın 65 illik yubileyində demişdim ki, anamla mənim daha çox bir yerdə olmağım, onun nəfəs almasını daha çox görməyim üçün Tanrıya gecə-gündüz dua edirəm. Düz 11 il əvvəl bu duanı etdim. Çox təəssüf ki, onu itirdim. Mən onun həyatda qalması üçün heç nə edə bilmədim. Onun üşüməsinin qarşısını almaq, onu isitmək, xəstəliyi, son arzusu qarşısında gücsüz oldum. Mənə deyirlər ki, sən bacardığın hər şeyi etdin. Mən bununla razı deyiləm. Mən onun etdiklərinin qarşısında heç nə edə bilmədim”.

Qeyd edək ki, şairə Nurəngiz Gün dekabrın 21-də Yasamal qəbiristanlığında dəfn olunub. Mərhumun evində təşkil olunmuş vida mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq şairləri Sabir Rüstəmxanlı, Fikrət Qoca, millət vəkilləri, ziyalılar iştirak ediblər.

Xalq yazıçısı Anar, xalq şairi Sabir Rüstəmxanlı, mərhumun qızı, millət vəkili Jalə Əliyeva və başqaları N. Günün ömür yolu, ədəbi və bədii yaradıcılığı haqqında danışıb, onun vəfatını Azərbaycan ədəbiyyatı üçün böyük itki kimi qiymətləndiriblər.

Daha sonra mərasim iştirakçıları mərhumun ruhuna dualar oxuyub, Allahdan rəhmət diləyiblər.

Dəfn mərasimindən sonra təşkil olunan tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev, Zərdab Rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev, Zərdab Rayon Təhsil Şöbəsinin müdiri Baba Babayev, Zərdab Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Sadıqov və digər idarə rəhbərləri iştirak ediblər. Yas mərasimində rayonumuzdan olub Bakıda yaşayan və müxtəlif sahələrdə çalışan rəsmi şəxslər, ziyalılar, iş adamları iştirak ediblər.

Nurəngiz GünNurəngiz GünNurəngiz GünNurəngiz GünNurəngiz GünNurəngiz GünNurəngiz Gün

Fotolar Hacı Azadə-Taleh Abbasqızı tərəfinfən çəkilib.

1 comment

Comments are closed.