Zerdab.com-un ad günü Mərkəzi Kitabxanada qeyd olundu – FOTOLAR

5
28

Zerdab.com-Yubiley

Bu gün texnologiya gözlərimiz önündə elə sürətlə inkişaf edir ki, geniş hesab etdiyimiz bu dünyanı az qala ovcumuzda görə bilirik. İndi Azərbaycan əhalisinin 70 faizdən çoxu internetin imkanlarından yararlanır. Sadəcə kompüterimizə qoşulmuş internet bizi dünyaya bağlayır. Hər kəsdən və hər yerdən xəbər tuturuq. Amma müasir dünyanın möcüzələri nə qədər parlaq görünürsə görünsün, biz azərbaycanlılar üçün həmişə milli-mənəvi dəyərlərimiz , layiqli keçmişimiz və soy-kökümüzlə bağlı gələcək uğurlarımız daha maraqlı olub . Məhz bu maraqlarımız bizi millətlər sırasında önə çıxarıb . Dəyərli həmyerlimiz, gənc jurnalist Nicat İsmayılovun 2011-ci ilin 20 dekabrında təsis etdiyi Zerdab.com saytı ona görə izləyicilərin sevimlisi ola bildi ki , bu internet saytında gündəlik xəbərlərlə yanaşı , soy-kökümüzlə bağlı araşdırmalar , dahi həmyerlimiz Həsən bəy Zərdabinin layiqli irsinə yeni bir nəzər , milli-mənəvi dəyərlərimizin təbliği və s. gündəmə çıxarıla bildi . Əgər sayt fəaliyyətə yeni başlayanda oxucu sayı təxminən 1-2 min idisə , bu gün oxucu sayı bundan 5-10 dəfə çoxdur.

Məlumat üçün bildirək ki, Zerdab.com saytı Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər , tanınmış publisist , pedaqoq və təbiətşünas alim Həsən bəy Səlim bəy oğlu Zərdabinin doğulduğu bölgəni təmsil edir. Bildiyimiz kimi Həsən bəy Zərdabi Azərbaycan milli mətbuatının banisidir. Zerdab.com da onun davamçısı olaraq Azərbaycanda yeniliyə imza atmaq qərarına gəlib. Belə ki, Azərbaycanda rayonları təmsil edən sayt olsa da , onların çoxu aktiv fəaliyyət göstərmir. Lakin Zerdab.com saytının ölkəmizdə bu sahədə gətirdiyi yenilik ondan ibarətdir ki, öz profilinə uyğun olaraq hər gün yeni məlumatlarla , xəbərlərlə zənginləşdirilir və Azərbaycanda bu cür aktiv və peşəkar fəaliyyət göstərən ilk region saytıdır. Saytda rayonumuzun tarixi ilə bağlı məlumat verilməklə yanaşı , gündəlik xəbərlər də yer alır. Sayt müxtəlif bölmələrdən ibarətdir . “Həsən bəy Zərdabi “bölməsində Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim , böyük maarifpərvər Həsən bəy Zərdabinin həyat və yaradıcılığı , elmi fəaliyyəti , bu barədə aparılan araşdırmalar, məqalələr yer alır. Saytda milli-mənəvi dəyərlərimizin təbliğinə ,gənc nəslin təlim-tərbiyəsinə həsr olunan, bir-birindən maraqlı araşdırmalar, yazılar, həyat hekayələri yer alır. Bütün bu və bu kimi keyfiyyətləri nəzərə alındığından Zerdab.com-un oxucuları günbəgün artmaqdadır. Rayon MKS-nin mərkəzi kitabxanası da öz oxucuları ilə birgə bu saytın yaranma gününü qeyd etdilər. Dekabrın 22-də bu məqsədlə təşkil olunmuş təqdimat mərasimində mərkəzi kitabxananın əməkdaşları , oxucuları , rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri iştirak edirdilər.

Təqdimat mərasimini rayon MKS-nin direktoru Nailə Əliyeva açaraq hər kəsi salamladı. Zerdab.com saytı haqqında geniş məlumat verdi. Kitabxananın əməkdaşı Leyla İskəndərli öz çıxışında saytın bölmələrindən ətraflı danışdı və çıxışının sonunda Zerdab.com-un ad günü münasibətilə bütün yaradıcı kollektivə uğurlar arzuladı. Mərkəzi kitabxananın digər əməkdaşı Samirə Yahyayeva isə saytı təbrik etməklə yanaşı , Zerdab.com-un “Fəxrlərimiz” bölməsi haqqında məlumat verdi. Rayon tarix-diyarşünaslıq muzeyinin direktoru Şahnaz MustafayevaZərdabi muzeyinin direktoru Vəfa Bayramova öz çıxışlarında saytın xidmətlərini yüksək qiymətləndirdilər. Hər iki xanım direktor sayta bundan sonrakı fəaliyyətində də uğurlar dilədi. İnformasiya şöbəsinin əməkdaş Rəqibə Qasımova “Xəbərlər” bölməsinin işini daha yüksək dəyərləndirdi. Kitabxananın əməkdaşı Gülnaz Məmmədova öz çıxışında milli-mənəvi dəyərləri ardıcıl işıqlandırdığı üçün Zerdab.com-un yaradıcı heyətinə, o cümlədən müxbiri Sevin Vaqifqızına minnətdarlıq etdi. Kitabxanaçı Gülzar Qasımova “Həyat dərsi” bölməsində verilən yazıları çox bəyəndiyini bildirdi .

Bu günkü təqdimat mərasimində çıxışlar çox rəngarəng idi . Rayon MKS-nin direktor müavini Gülüstan Rəhimova Zerdab.com-a öz təbriklərini ünvanlayarkən bu bayram arzusunu da bildirdi : “Gün o gün olsun ki, işğalda olan torpaqlarımızın azad olması haqqında ilk xəbəri doğma saytımızdan oxuyaq”. Sonra uşaq şöbəsinin müdiri İlahə Teymurzadə, mərkəzi kitabxananın xidmət şöbəsinin müdiri Mehparə Səfərəliyeva bu gözəl arzuya qoşulmaqla bərabər, Zerdab.com-a  da uğurlar arzuladılar. Kitabxananın ən gənc işçisi, bu il ilk dəfə səs verən Leyla bələdiyyə seçkilərində Zerdab.com-un xidmətləri mövzusunda çıxış etdi. Kitabxanaçı Nisə Əliyevanın da çıxışı diqqətəlayiq idi. Oxucuların sevimlisi Nisə xanım öz ürək sözlərini belə ifadə etdi: “Təqdimat mərasimini bizim kitabxanada keçirməyi planlaşdırdığı üçün kitabxanamızın qadınları adından təşəkkür edirəm”.

Mərasimin gedişində iştirakçılar öz arzularını da bildirdilər. Qeyd olundu ki , şəhidlərimiz haqqında daha tez-tez materiallar yayımlansa, uşaqlara aid bölmə yaransa daha yaxşı olar.

Sonra söz “Əkinçi” qəzetinin müxbiri ,bu günkü təqdimatda Zerdab.com saytının təmsilçisi Tərlan Abdullayevaya verildi. Müxbir əvvəlcə sayt rəhbərliyinin salamlarını iştirakçılara çatdırdı. Sonra Zerdab.com-a daxil olanların statistikası haqqında ətraflı məlumat verdi və onu xüsusi qeyd etdi ki , sayt oxucuların rəğbətini qazanmaq üçün ardıcıl olaraq öz üzərində məsuliyyətlə çalışır.

Təqdimat mərasimini rayon MKS-nin direktoru Nailə Əliyeva yekunlaşdırdı.

TƏRLAN ABDULLAYEVA, “ƏKİNÇİ”NİN MÜXBİRİ.

Zerdab.com-YubileyZerdab.com-YubileyZerdab.com-YubileyZerdab.com-YubileyZerdab.com-YubileyZerdab.com-YubileyZerdab.com-Yubiley

Zerdab.com-YubileyZerdab.com-YubileyZerdab.com-YubileyZerdab.com-YubileyZerdab.com-yubileyZerdab.com-yubileyZerdab.com-yubileyZerdab.com-yubileyZerdab.com-yubiley4Zerdab.com-yubiley5Zerdab.com-yubiley
Zerdab.com-yubiley

5 ŞƏRH

  1. Təbrik edirəm,uzun ömürlü olsun!Gün o gün olsun ki,40 yaşını qeyd edək!

  2. Bir daha zerdab.com saytini təbrik edirəm.Kitabxanamızın tədbirlərində iştirak etdiyinə görə də Tərlan xanıma öz təşəkkürümüzü bildiririk.

  3. Təbrik edirəm, 100 yaşını qeyd edək! Əməyi olanlara təşəkkür edirik.

  4. TƏBRİKLƏRƏ QOŞULURAM,UZUN ÖMÜRLÜ OLSUN!SAYT FƏALİYYƏTİ
    DŞVRÜNDƏ BÖYÜK OXUCU KÜTLƏSİNİN RƏĞBƏTİNİ QAZANMIŞDIR.TƏQ_
    DİMATIN MKS FƏALLARI İLƏ KEÇİRİLMƏSİ DAHA TƏQDİRƏ LAİQDİR.
    KİTABXANANIN SON İLDƏ KEÇİRDİYİ BÜTÜN TƏDBİRLƏR RƏNGARƏNGDİR,GÖZƏLDİR,LAKİN BU TƏDBİR DAHA FƏRQLİDİR.TƏQDİMATIN TƏDBİRDƏKİ TƏMSİLÇİSİ “ƏKİNÇİ” QƏZETİNİN ƏMƏKDAŞI TƏRLAN XANIM ABDULLAYEVANIN ZƏRDAB.COM.SAYTI HAQQINDAKI MƏLUMATI DA DİQQƏT ÇƏKİR.
    TƏDBİRDƏN FOTOLAR VƏ FOTOLARDAKI ÇOX SEVDİYİM KİTABXANAÇI
    XANIMLAR DAHA GÖZƏLDİR!

  5. Mən də təbriklərə qoşuluram . Zerdab. com saytına fəaliyyətində yeni- yeni uğurlar arzulayıram.Ünvanımıza dediyi xoş sözlərə görə Səadət xanıma da çox təşəkkür edirəm. Fürsətdən istifadə edərək Səadət xanımı qarşıdan gələn “yeni il” münasibəti ilə təbrik edirəm .

Comments are closed.