Türk dünyasının fəxri, əbədiyaşar şairə – Nurəngiz Gün

0
36
Nurəngiz Gün
Nurəngiz Gün

Nurəngiz xanım (Nurəngiz Gün) Xudadad qızı Qulubəyova 1938-ci il sentyabrın 21-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Nurəngiz Gün M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) ali təhsil almışdır.

1965-ci ildə Göyçay qəzasının tanınmış bəylərindən və xeyriyyəçilərindən biri Həsən bəy Zərdabi nəsli ilə qohumluq əlaqələri olan zərdablı Hacı Əşrəf  bəyin oğul nəvəsi Fazil bəylə (Fazil Səlim oğlu Əliyev) ailə həyatı quran, bir yerdə təhsil aldıqları M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra Azərbaycan Radio və Televiziya Komitəsində birgə çalışmışlar. Nurəngiz xanım 1960-1974-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin ilk diktorlarından biri olmuşdur.

Nurəngiz xanımla Fazil bəyin nikahından 1966-cı il may ayının 5-də yeganə övladları, filologiya elmləri doktoru, professor, millət vəkili Jalə xanım Əliyeva dünyaya gəlmişdir.

Qeyd edək ki, Nurəngiz xanımın özü də bəy nəslindən olmuşdur. Həyat yoldaşı mərhum Fazil bəyin babalarının keşməkeşli həyat yolu Nurəngiz xanımın babalarından da yan keçməmişdir. 1937-ci ildə bir çox Azərbaycan ziyalısı kimi Nurəngiz xanımın babası və digər ailə üzvləri də sürgün edilmişlər. Onun bəy nəslindən olan ana babası Mirzə Ələkbər Hacızadə dövrünün taun əleyhinə mübarizə aparan məşhur həkimi, eyni zamanda Nəriman Nərimanovun silahdaşı olmuşdur.

Nurəngiz xanım 1979-1984-cü illərdə Azərbaycan Dövlət İncəsənət Universitetində müəllim işləmişdir. Ədəbiyyata “Tanrı” povesti ilə gələn Nurəngiz Gün (1981-ci il, “Ulduz” jurnalı, №4) elə həmin ildən dövrü mətbuatda şeirləri və ardıcıl olaraq dərc edilmiş iri həcmli əsərləri – “Əsrin son yuxusu”, “Ağ qanadlar”, “Salamat ol, Ağca yol”, “Quzey Kıbrıs rüzgarları”, “Qar romanı”, “Xocalı simfoniyası” poemaları, “Əbədi və əsrarəngiz” silsilə sonetləri, “Ən hündür çiçək təpəsi və qar quyu”, “Qırmızı gecə” povest və hekayələri, publisist yazılar, pamfletlər, teatr resenziyaları ilə çıxış etmişdir.

Şeirləri Türkiyədə nəşr olunan “Çağrı”, “Aksu”, “İçel kültürü”, “Sizə”, “Tanıtım”, “Dəfnə”, “Üçüncü yeni” jurnallarında və “İstiqbal”, “24 saat”, “Günəş” qəzetlərinin səhifələrində dərc edilmiş, həyatı və yaradıcılığı işıqlandırılmışdır.

2005-ci ildə Dunya Azərbaycanlıları Konqresinin İsvecdə kecirilən qurultayında şairənin  “Xocalı simfoniyası” poeması əsasında Lider TV tərəfindən ekranlaşdırılmış film numayiş etdirilmişdir.

Əsrin ən boyuk faciələrindən olan, Azərbaycan xalqının əbədi dərdi Xocalı qətliamının Nurəngiz Gun tərəfindən boyuk yanğıyla qələmə alındığı və bu faciənin ilk bədii əksi olan həmin poema 2008-ci ildə Azərbaycan İctimai Televiziyasının və A.Şaiq adına Gənc Tamaşacılar Teatrının birgə layihəsi əsasında səhnələşdirilmişdir.

2011-ci ildə isə “Xocalı simfoniyası” poeması Azərbaycan Dovlət Televiziyası tərəfindən yeni versiyada hazırlanaraq sənədli – publisistik film kimi ekran həyatı qazanmışdır. Həmin poema 2013-cu ildə “Azad Azərbaycan” televiziyası tərəfindən ekranlaşdırılmışdır.

Nurəngiz Gun “Tanrı bəşər ovladıdır” (povest və hekayə), (Bakı, “Gənclik” nəşriyyatı, 1984-cu il), “Ağ qanadlar” (şeirlər və poema), (Bakı, “Yazıcı” nəşriyyatı, 1986-cı il), “Gunəşə dua” (şeirlər və poema), (Bakı, “Yazıcı” nəşriyyatı, 1990-cı il), “Yol gedirəm” (şeirlər və poemalar), (Bakı, “Adiloğlu” nəşriyyatı, 2004-cu il), “Xocalı simfoniyası” (poema), (Bakı, “Vektor” nəşrlər evi, 2006-cı il) və “Povestlər və hekayələr” (Bakı, “Vek tor” nəşrlər evi, 2007-ci il) adlı kitabların muəllifidir.

Nurəngiz xanımın şeirlərinə onlarla mahnı bəstələnmişdir.

Göründüyü kimi, tanınmış sənət və mədəniyyət xadimi, şair, nasir, publisist, Azərbaycan Yazıcılar, Jurnalistlər birliklərinin üzvü Nurəngiz xanım ömrünün sonunadək yaradıcılıq fəaliyyətini uğurla davam etdirmişdir.

Nurəngiz xanım “Humay” Beynəlxalq mukafatının, Mahmud Kaşkari Fondunun xususi mukafatının, Turk Dunyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Turk Ədəbiyyatına Xidmət” Beynəlxalq mukafatının və digər onlarla bu kimi mukafatların laureatı olmuşdur.

O, 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla Prezident Təqaudunə layiq gorulmuşdur.

2014-cü ilin 20 dekabr tarixində, Türk dünyasının fəxri şairəsi, qəlbi vətən torpağı, vətən eşqi ilə döyünən belə bir istedadlı qələm sahibinin vəfatı Azərbaycan xalqının, Azərbaycan ədəbiyyatının ağır itkisi oldu.

Ruhun şad olsun, Nurəngiz xanım!

 

Eldəniz Əli oğlu Həsənov,

Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru,

 Beynəlxalq Ekoenergetika Akademiyasının
Ekologiya üzrə  professoru,  Zərdabişünas,

 Azərbaycan Jurnalistlər Birliyinin üzvü