Zərdabın daha iki kəndinə mavi yanacaq verildi – FOTOLAR

0
Zərdab mavi yanacaq

Zərdab mavi yanacaq24 dekabr 2014-cü il tarixdə Zərdab rayonunun Yarməmmədbağı və Lələağacı kəndlərində yeni çəkilmiş qaz xəttinin açılış mərasimi keçirilib. Bununla da qazlaşdırılan kənd yaşayış məntəqələrinin sayı 14-ə çatıb. Qarşıdakı aylarda isə bir neçə kəndin sakinlərinin də bu sarıdan problemləri həll olunacaq. Rayonun Lələağacı və Yarməmmədbağı kəndlərinə 26335 paqonometr daşıyıcı və paylayıcı xətt çəkilib. Birpilləli sistem əsasında 379 evdə qaz sayğacı quraşdırılıb.

Hər iki yaşayış məntəqəsinə mavi yanacağın verilməsi münasibətilə təşkil olunan mərasimdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev ölkə başçısının tapşırığı əsasında həyata keçirilən sosial layihələrin əhəmiyyətindən danışıb. Bildirib ki, artıq rayonda 14 kənd yaşayış məntəqəsinin sakinləri mavi yanacaqdan istifadə edirlər. Hazırda digər yaşayış məntəqələrinə də qaz xəttinin çəkilişi davam etdirilir. İcra başçısı qeyd etdi ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan sosial-iqtisadi siyasət bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

2014-2018-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən yaxın illərdə rayonun bütün yaşayış məntəqələri mavi yanacaqla  təmin ediləcəkdir.

Natiq həmçinin vurğulayıb ki, rayon əhalisinin içməli su ilə təminatındakı problemlər də aradan qaldırılıb. Avtomobil yolları əsaslı şəkildə yenidən qurulub. 17 müasir məktəb binası tikilib. Ümumiyyətlə son 10 ildə Zərdabda 350-yə qədər layihə icra olunub. Hazırda isə 10-a qədər obyekt istifadəyə hazırdır, 2 ədəd körpələr evi-uşaq bağçasının binası inşa olunur, Rayon Mərkəzi Xəstəxanası əsaslı təmir edilir.

Mərasimdə sakinlər çıxış edərək Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi  Günü ərəfəsində kəndlərə mavi yanacağın verilməsini ən gözəl hədiyyə kimi qiymətləndiriblər. Sosial problemlərinin həllinə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıq ediblər. Rəmzi məşəl alovlandırılıb. Mərasim iştirakçıları evlərdə mavi yanacağın təzyiqinə baxıblar.

Zərdab Rayon İcra HakimiyyətiZərdab mavi yanacaqZərdab mavi yanacaqZərdab mavi yanacaq

Şərh yaz

Please enter your comment!
Please enter your name here

eighteen − one =