Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi imkansızları sevindirdi

0
24

Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi Dünya azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibəti ilə Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində şənlik-tədbir keçirildi. Tədbirdə Mərkəzdən bəhrələnən uşaqların söylədiyi şeirlər, hazırladıqları rəqs və səhnəciklər gələn qonaqların zövqünü oxşadı. Şaxta baba və Qarqız isə tədbirə daha da rəng qatdı. Sonda şənlikdə yaxından iştirak edən aztəminatlı ailənin uşaqlarına Şaxta baba tərəfindən hədiyyələr verildi.

Bayram ərəfəsində Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi xüsusi qayğıya ehtiyacı olanları da unutmadı. Belə ki, serebral iflic olan Ceyhun və tənha qadın Sona nənə əlil arabası ilə təmin olundular. Aztəminatlı ailələrə bayram sovqatı verildi.

Zerdab.com

Zərdab Uşaq və Ailələrə Dəstək MərkəziZərdab Uşaq və Ailələrə Dəstək MərkəziZərdab Uşaq və Ailələrə Dəstək MərkəziZərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi