Zərdabda xeyriyyə tədbiri – imkansızlar sevindi

0
30

ZerdabZərdab rayonunda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə valideyn himayəsindən məhrum olmuş və hər iki valideynini itirmiş uşaqlarla və onların himayədarları ilə görüş keçirilib.

Görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev bu sahəyə göstərilən dövlət qayğısından söhbət açıb.

Sonra valideyn himayəsindən məhrum olmuş və hər iki valideynini itirmiş uşaqlara bayram sovqatları verilib. 30-a qədər ailəyə maddi yardımlar olunub.

Çıxış edənlər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıq ediblər.

Zerdab.com