İSLAM SAVAŞ DEYİL, BARIŞ DİNİDİR

1
kainat

kainat

Dünya yaranandan insanlar arasında Tanrı və din anlayışı olmuşdur. Lakin onların içində ən mükəmməl və İlahi tərəfindən xəlq edilənləri səmavi dinlərdir. Səmavi dinlərin ən sonuncusu və kamil şəkildə tamamlanmışı İslam dinidir. 

“İslam” sözünün mənası, bildiyimiz kimi  ərəbcədən tərcümədə “sülh”, “Allaha təslim olma”  deməkdir. Yəni, bu sözün geniş mənada izahı Allahın əmr və qadağalarına təslim olmaqla, eyni zamanda insanlar arasında da əmin-amanlıq və asayişə əməl etməklə sülh yaratmağa çalışmaqdır.

Lakin insanlara toplumda, ailədə və fərdi olaraq, əxlaq, davranış və münasibət qaydalarının ən gözəl şəkildə tətbiqini, mənsublarına Allahın ipindən – İslam dinindən yapışaraq birləşməyi əmr edən bu din, çox təəssüf ki, zaman keçdikcə ifrat və təfritə məruz qalmış, etiqad və ibadət məsələlərində təhriflər meydana gətirilmiş, parçalar yaranmışdır. Sirr deyil ki, bu parçalanma düşmənlərinin, onlara  qarşı birgə mübarizə aparıb fəthlər edərək dünyanın böyük hissəsinə sahib olmuş və İslam dinini yaymış müsəlmanlar arasına münaqişə salmaqla əldə edilmişdir. İslam düşmənləri Qurani – Kərimdə açıq-aşkar şəkildə bəyan edilmiş etiqad və ibadət qaydalarında “yeniliklər” yaratmaqla əslində heç bir səmavi dində yol verilməsi düzgün olmayan “qollar”, “məzhəblər”, “firqələr” parçalanmaları yaratmışlar. “Parçala, hökmranlıq et!” prinsipini uğurla həyata keçirən İslam düşmənləri hər zaman bu siyasətdən istifadə edərək müsəlmanlara qarşı “din” adı arxasında əslində məqsədyönlü şəkildə siyasi taktikalar aparmışlar. Tarixə “Səlib yürüşləri” adı ilə düşmüş xristian Qərbinin  müsəlman Şərqinə qarşı apardığı təxribat xarakterli müharibəsi İslam düşmənlərinin siyasi-dini strategiyalarının bir nümunəsidir.

Müsəlmanların” həddindən artıq və lazımsız  dərəcədə “təəssübkeşliyi”  dünyanın elm, nailiyyət və mədəniyyətində çoxşaxəli icad və ixtiralara  yol açmış İslam dinini tərəqqiyə  deyil, tənəzzülə doğru aparmışdır. Çox təəssüf  ki, əxlaq və ədəb çərçivəsində inkişafı xoş görən İslam dini artıq cahil mənsubları sayəsində cahilliyin tərəfdarı, yeniliyin düşməni kimi qələmə verilmişdir. Əslində, İslam dini ilə heç bir əlaqəsi olmayan bir ovuc cəhalətpərəst “müsəlmanlar”ın Qərbin açıq-aşkar maddi-sosial, “mənəvi”-psixoloji yardım və dəstəyi ilə qruplaşmalar və firqələr yaradaraq irqindən, rəngindən və millətindən asılı olmayaraq, insanlar arasında  bərabərliyi əmr edən dinimizdə ayrı-seçkilik salır və parçalanmalar yaradaraq, onu gözdən salırlar.

Hər nə qədər özlərinə “İslami” adlar götürsələr də, istər “Ceyşullah”ın, istər İŞİD-in, istərsə də, digər qruplaşmaların İslam dininə bağlılığı yoxdur və onları,   müsəlman ümmətində  parçalanma yaradaraq zəiflətmək, dinimizi gözdən salmaq üçün    Qərbin yaratdığı terrorçu təşkilatlardır. Dünya diktatorlarının “Parçala, hökmranlıq et!”   siyasətini doğruldan rus çarı I Pyotrun ruslara  “Müsəlmanların çoxaldığını və gücləndiyini görsəniz, onların arasına sünni-şiə –məzhəb söhbətini salın!”  vəsiyyəti bunun ən gerçək və gözəgörünən sübutudur.     

Çox təəssüf ki, hazırda dünyanı müharibə ocağına çevirərək İslamda məzhəblərarası və eləcə də, dinlərarası təfriqələrin qızışdırılmasına səbəb olmaqla onu gözdən salmağa hesablanmış Qərbin maliyyə və yaratdığı İŞİD adlı terrorçu qrup da siyasi-sosial və mənəvi-psixoloji cəhətdən bunların ən “mükəmməl” şəkildə təlimatlandırilmış və silahlandırılmış təşkilatıdır. Qurani-Kərimin təxminən 60  ayəsində “cihad” sözü keçsə də, hər anlayışında yalnız lazımi məqamlarda vacib buyrulan Allahın bu əmrini öz həyati nəfsləri üçün “fərz” şəklində “anlayan” İŞİD terrorçularının idarəediciləri və “başbilənləri”nin tək məqsədi İslam dini adı altında dini-siyasi zəmində qarmaqarışıqlıq yaratmaq və dinimiz adına ləkə salmaqdır. Allah yolunda vuruşmaqla mücahid “olduqlarını” söyləyən bu başıpozuq dəstələr, Allahın ayələrini öz nəfslərinə uyğun şəkildə yorumlayaraq “cihad” adı altında təfriqə salır, qadın və uşaqlara, yaşlı və qocalara, günahsız və xəstələrə acımadan kütləvi qətllər törədir, haqsız qanlar axıtmaqla, müasir İslam aliminin də bəyan etdiyi kim, əslində, şeytanın yolunda mücahid olduqlarını göstərirlər.      

“Sizinlə vuruşanlarla Allah yolunda siz də vuruşun, ancaq təcavüzkarlıq etməyin (həddi aşmayın)! Axı Allah təcavüzkarlıqları sevmir!” (Baqara: 190.) –ayəsinə istinadən göründüyü kimi cihad hücum xarakterli deyil, adətən, müdafiə xarakterlidir. Təəssüf ki, bu tip ayələrin fəlsəfi- mənəvi və əxlaqi-tərbiyəvi mənalarının dərinliyinə varmayıb, ləfzi mənalarda– müxtəlif  və məqsədyönlü  şəkildə “anlayanların” İslam dini adına xələl gətirdikləri açıq-aydındır.    

“O kəslər əleyhinə bir şey olar ki, onlar insanlara zülm edir və yer üzündə haqsız olaraq azğınlıq edirlər.Onlara üzücü bir əzab olacaqdır!” (Şura: 42).

“…Yaxşılıq etməkdə və təqvada bir-birinizə kömək edin!Günah etməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək etməyin!…” (Maidə: 2).

Göründüyü kimi Allah  İslam dini vasitəsilə bütün insanlara qardaşlıq, dostluq, əmin-amanlıq, sevgi, sülh, asayiş, mərhəmət, xeyirxahlıq, yaxşılıq, hörmət və digər mənəvi-əxlaqi keyfiyyətləri bəyənən və əmr edən ümumbəşəri dindir . 

 

Züleyxa TEYYUBZADƏ,

“Əkinçi”nin müxbiri

1 comment

  1. OZLERIN DINDAR SAYIB,AMMA DINDE PAYLARI OLMAYAN MUSELMANLAR O QEDER “ALLAH AKBAR” DEYIB BAS KESIBLER KI,INDI BUTUN DUNYA ELE BILIR KI,ISLSM DINI ANCAQ SAVASA,OLDURMEYE,PARTLAYISA CAQIRIR.BIR BASI BAQLI QADIN GOREN KIMI DEYIRLER KI,TERRORISTKA GELIR.HEC KIMI BASA SALMAQ OLMUR KI,ISLAM BU DEYIL.DEYIRLER KI,NUMUNE MUSELMAN OLKELERINDE OLAN MUHARIBELERDI.INDI GEL BUNLARI BASA SAL.BIR-IKI MURDARLARDAN OTRU ISLAM DINI OLUB TERROR DINI!!!(ANCAQ MUSELMANLIQDAN UZAQ OLAN,ADLARIN MUSELMAN QOYAN MURDARLARA AIDDI)

Şərh yaz

Please enter your comment!
Please enter your name here

ten − two =