Zərdabdakı qətllə bağlı yeni faktlar: “Görüblər ki, gəlinin telefonu zəng çalır…”

7

kriminal“Məhkəmə olmayınca, ya da oğlumla görüşməyincə mənə heç nə aydın deyil. Bircə məlumatım var ki, telefon və ailə məsələsidir”.

Zerdab.com xəbər verir ki, bu sözləri Zərdab rayonunun Dəliquşçu kəndində Rəşad Zeynalovun başını kəsən Vüsal Mehdiyevin atası Ələsgər Mehdiyev AzNews.az-a deyib.

Onun sözlərinə görə, cinayət ailə məsələsi üstündə baş verib: “Vüsal 4 ilə yaxındır ki, evli idi. Onun həyat yoldaşı bacım nəvəsidir. Vüsalın kənddə mağazası var. Vüsalla Rəşad bir sinifdə oxuyublar. Rəşad Bakıda işləyirdi, kəndə yalnız toy olanda gələrdi. Gələndə də Vüsalla görüşürdü. Onun ayağı bizə bircə dəfə dəyib. Həmin vaxt Vüsalın həyat yoldaşının telefonu stolun üstündə olub. Rəşad həmin telefonu götürüb öz nömrəsinə zəng edib. Eləcə gəlinin nömrəsi onun telefonuna düşüb. Sonra bunlar gecə yatanda görüblər ki, gəlinin telefonu zəng çalır. Vüsal götürüb “alo” deyəndə baxıb ki, Rəşaddır. Rəşad da telefonu söndürüb. Yoldaşından bu barədə soruşanda deyib ki, həmin nömrədən birinci dəfədir, zəng gəlir. Munaqişə bundan sonra başlayıb. Mən onu bilməmişəm. Bilsəydim, qarşısını alardım”.

Ə. Mehdiyev əlavə edib ki, 4 il evli olmasına baxmayaraq oğlunun övladı olmayıb: “Bu yaxınlarda İrana apardım. Gəlin çölə çıxan deyil, hara getsə, maşınla gedib gələr. Biri öldü, biri də həbsdə. Mən indi arada qalmışam”.

Xatırladaq ki, ötən il dekabrın 30-da Zərdab rayonun Dəliquşçu kənd sakini Vüsal Mehdiyev həmkəndlisi Rəşad Zeynalovu bıçaqlayaraq qətlə yetirib. Bundan sonra o, mərhumun meyitinin üz nahiyəsinə benzin tökərək yandırıb. Rəşad Zeynalovun meyiti rayonun Xanməmmədli kəndi ərazisində aşkarlanıb. Məlumata görə, Rəşad Zeynalov dekabrın 29-da axşam saatlarında yoxa çıxıbmış.

7 ŞƏRH

  1. burda birci soz yazan oxlan ayidi…senin boyuvuda yere soxum sen qeyret nedi bilirsen,hardan bilirsen ay yazix tuprum sene.bu sozler burda birinci soz yazan oxlana ayidi

  2. Qeyretli oqlan 3 gun polisden qacmazdi.Namus ustde olduren oqlan ele hemin deqiqede gedib teslim olardi bax onda hami ona berekellah deyerdi.here aqzina geleni yazmasin burda.

  3. —————– senin kimi ——————-.ey insanlar heckes gunahsiz olmur gunahi varki olur.

  4. axzun dansixi bil biqeyret yegin sen namus nedi bilmirsen.ama vusal kimi oxlanlar bilir —– get hele sen namusu qoru —…kim ne deyir desin ALLAH herseyi goru ve kim gunahsizdi onuda bu heyada yasadir.bunu unutmayin ey millet..burda kim artiq esiy bilmiye bilmiye soz dansirsa ALLAH ona nehlet elesin.

  5. allah her iki terefe sebir versin agir derti
    ne oldu vusal icerde resad torpag altinda ama resad allah dergahinda biz ise fani heyata yasayiriq bizim basmiza ne gelecek bilmirik allah her seyi bilendi men onu bilem allah bizi sonucu aybindan saxlasin qiyamet gunu basi asaga etmesin

  6. allah seytana nehlet etsin.hakk tek allaha mexsusdu axiret hami ucundu her kes axiretde etdiyi emelin cazasini verecey ona gorede dalasmayin her ikisine de vusala da rehm etsin resad qardasim sene de allahadan rehmet dileyirem qebrin nurla dolsun yerin behisdiy olsun,amin.ezizlerim bilinki olan oldu gecen gecdi/allah ele meslehet bilib yeqin.

Comments are closed.