Zərdabın keçmiş rəis müavininə yeni vəzifə verildi

7
61
Polis

PolisZərdab rayonuna noyabr ayında təyin olunun polis rəisi Məmməd Hüseynov ciddi kadr islahatlarına başlayıb.

AzNews.az-a daxil olan məlumata görə, yeni rəis Zərdab Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Adil Əsədovu və bir neçə polis nəfərini işdən azad edib.

Vəzifədən çıxarılan rəis müavini daha sonra daxili işlər naziri Ramil Usubovun əmri ilə Balakən Rayon Polis Şöbəsinin rəis müavini təyin edilib.

Qeyd edək ki, daxili işlər nazirinin ötən ilin noyabr ayında imzaladığı müvafiq əmrlərlə Zərdab Rayon Polis Şöbəsinin rəisi Elnur Həsənzadə Balakən rayonuna, Naftalan Şəhər Polis Şöbəsinin rəisi Məmməd Hüseynov isə Zərdab rayonuna polis rəisi təyin ediliblər.

AzNews.az

7 ŞƏRH

Comments are closed.