Ayrılıq dediyin nədi ki, gülüm

9
Gülər Allahverdiyeva
Gülər ALLAHVERDİYEVA. Qoruqbağı kəndi, 6 saylı kitabxananın əməkdaşı
Gülər Allahverdiyeva
Gülər ALLAHVERDİYEVA.
Qoruqbağı kəndi, 6 saylı kitabxananın əməkdaşı

Dedik addımlayaq bu uzun yolu,

Bəs niyə qoyursan yarıda məni?

Dostlar da vəfasız, o da vəfasız,

Görmədim birisi yarıda məni.

 

Geriyə boylanıb gördüm ki, artıq,

Ömrümün yarısı yetibdi, gülüm!

İstədim qəlbimin yarısın verim,

Gördüm ki, hamısı bitibdi gülüm!

 

Daha gül bənizin saralıb solmaz,

Payız yarpağının sarısı kimi.

Ömür yollarıma işıq saçmadın,

Ayın parçalanmış yarısı kimi.

 

Bu necə taledi, bu nə cür yazı,

Niyə hər nəyim var, böldüm yarımçıq?

De, indi mən kimə şikayət edim?

Yaşadım yarımçıq, ölləm yarımçıq.

 

Ayrılıq dediyin nədir ki, gülüm,

Bir üzü təbəssüm, bir üzü kədər?

Deyirəm, kaş sən də məni sevərdin,

Səni sevdiyimin yarısı qədər…

9 ŞƏRH

  1. Gözəl şerlər yazırsan halal olsun sənə hamısını oxuyuram
    Özün demişkən:Deyirəm,kaş sən də məni sevərdin
    Səni sevdiyimin yarisi qədər

  2. ÇOX GÖZƏL YAZIRSAN GÜLƏR XANIM. DÜŞÜNƏN BEYNİN, YAZAN ƏLLƏRİN VAR OLSUN! SƏNİN ÇOX YÜKSƏK DUYUMUN VAR VƏ DUYDUQLARINI ŞEİR DİLİ İLƏ İFADƏ ETMƏK İSTEDADIN GÜCLÜDÜR. BİR DAHA UĞURLAR.

  3. teşekürler İsameddin müellim.sizin şerleriniz qeder gözel ola bilmez

Şərh yaz

Please enter your comment!
Please enter your name here

three × three =