Üşüyüb, qəlbimə dolur çiçəklər

1
Zərdab-qar

Zərdab-qarBürkün, toz-dumanın aldı canımı,

Əlvida qızmar yay, salam, soyuq qış,

Sənə də inamım qalmayıb daha,

Evdə ları xoruz, çöldə toyuq qış.

***

Sən gəldin, bağımda soldu çiçəklər,

Üşüyüb, qəlbimə doldu çiçəklər,

Çürüyüb, boz torpaq oldu çiçəklər,

Düşmədin dərdimdən niyə duyuq, qış.

***

Mən səni uşaqkən yaman sevirdim,

Alsa da üstümü duman, sevirdim,

Yaxşı ki, bizlərdən tez üz çevirdin,

Bezmişdik yeməkdən xaşıl, sıyıq, qış.

***

Qalıb İsaməddin girov, əlində,

Qoyub izlərini qırov, telində,

İnsan da olarmış qərib, elində,

Diriykən ölüyə demə tayıq, qış.

 

İsaməddin ƏHMƏDOV,

Zərdab rayonunda çıxan “Əkinçi” qəzetinin redaktoru

1 comment

  1. çoox Gözeldir ellerinize üreyinize sağlıq İsameddin müellim.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

15 − 5 =