Kənd təsərrüfatı naziri ilə görüşmək istəyirsiniz?

0
33

Heydər ƏsədovPrezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciət, ərizə və şikayətlərinin müsbət həll edilməsi üçün müvafiq tədbirlər görürlər.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Zerdab.com saytına verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq nazir Heydər Əsədov yanvar ayının 23-də saat 11:00-da Göyçay şəhərində Ucar, Zərdab, Ağdaş, Kürdəmir və Göyçay rayonlarının sakinlərini qəbul edəcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar Ucar Ərazi Kənd Təsərrüfatı İdarəsinə (əlaqə telefonu: 055-736-65-05) və Kənd Təsərrüfatı Nazirliyinə (əlaqə telefonu: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər. Həmçinin nazirliyin qaynar xətti (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsilə də qeydiyyatdan keçmək mümkündür.

Zerdab.com