Bir ağıla qulluq elə edəndə

0
39

təbiət-meşəVALLAH BU BAŞ GƏZDİRMƏLİ BAŞ DEYİL

Ağılsızam ağıllılar yanında,

Ağlım kəsir, gözüm də heç çaş deyil,

Neçə dəfə göz tökmüşəm əlimlə,

Görmüşəm ki, düzəltdiyim qaş deyil.

***

Bir ağıla qulluq elə edəndə,

Doğru yolu düz tutginən gedəndə,

Gəzdirməsə bir başı bir bədəndə,

Vallah bu baş gəzdirməli baş deyil.

***

Ağıl gərək ağıl ilə işlənə,

Fayda verən xeyir işə xərclənə,

Ziyan gəlməz Nazim, onda heç sənə,

Ölç-biçginən, başın tamam boş deyil.

 

Nazim Əkrəm LAÇINLI,

Bəyimli qəsəbəsi