“20 Yanvar qürur günümüzdür”

0
35

Anım tedbiriZərdab Rayon Tarix-Diyarşünaslıq Muzeyində 20 yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar “20 Yanvar qürur və kədər günümüzdür” adlı tədbir keçirildi. Tədbiri Muzeyin direktoru Şahnaz Mustafayeva açıq elan etdi və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Muzeyin əməkdaşları Babayeva Maisə və Abdullayeva Aybəniz faciə ilə bağlı mühazirələrlə çıxış etdilər. Mirzə Fətəli Axundov adına Gəlmə kənd tam orta məktəbin VI – IX sinif şagirdləri Heydər, Samir, Gülbəniz, Aytac, Nargilə, Günel, Nərmin kompozisiya ilə çıxış etdilər. Məktəbin müəllimləri Orucova Vəfa və Bəkirova Gülyanə, MKS-nin işçisi Sarıyeva Aygün, “Əkinçi” qəzetinin müxbiri Ələkbər Kərimov faciə ilə bağlı fikirlərini bölüşdülər.

 Zərdab Rayon Tarix-Diyarşünaslıq MuzeyiAnım tedbiriAnım tedbiriAnım tedbiri