TQDK sədri Məleykə Abbaszadə Zərdaba gəlir

2
31
Məleykə Abbaszadə
Məleykə Abbaszadə

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir, onların müraciət, şikayət və təkliflərinin araşdırılaraq həll olunması üçün konkret tədbirlər görürlər.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə yanvarın 30-da Zərdab şəhərində vətəndaşları qəbul edəcək.

TQDK-dan Zerdab.com-a bildiriblər ki, qəbulda Zərdab, Ağcabədi, Ağdam, Beyləqan, Füzuli və İmişli rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.

Qəbul saat 11.00-da Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşlardan TQDK-nın internet saytına (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri

və ya Komissiyanın Ağcabədi regional bölməsinə müraciət etmələri (əlaqə telefonu: (021) 275-55-94) xahiş olunur.

Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Zərdab, Ağcabədi, Ağdam, Beyləqan, Füzuli və İmişli rayonlarının təhsil şöbələrinə də yanvarın 21-dən 29-dək (şənbə, bazar istisna olmaqla), saat 10.00-dan 17.00-dək müraciət edə bilərlər.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Zerdab.com

2 ŞƏRH

Comments are closed.