Əlibəyli kəndində şəhidlərimizi yad etdilər – FOTOLAR

0
Əlibəyli kəndi

Əlibəyli kəndiZərdab rayonu, Rəsul Rza adına Əlibəyli kənd tam orta məktəbində 20 Yanvar faciəsinin 25-ci il dönümünə həsr edilmiş “20 Yanvar faciəsi qəhrəmanlıq salnaməmizdir” adlı tədbir keçirildi. Əvvəlcə şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olundu. Tədbirdə məktəbin direktoru K. Əliyeva, təlim-tərbiyə üzrə direktor müavini T. Cəfərova, dil-ədəbiyyat müəllimi A. Rüstəmova 20 Yanvar faciəsi barədə çıxış etdilər. Məktəbin şagirdləri 20 Yanvar faciəsinə həsr olunmuş şeirlərlə və bədii kompozisiyalarla şəhidləri yad etdilər.

Leyla İskəndərli

Əlibəyli kəndiƏlibəyli kəndi

Şərh yaz

Please enter your comment!
Please enter your name here

15 + 6 =