Görəsən, öldürülən o oğlan sevdiyi qıza gül vermişdimi?

0
36
Gültən Qədirli
Müəllif: Gültən Qədirli

“Sahil bağı”ndakı qərənfillər

Bu yaxınlarda Bakıda – “Sahil bağı”nda baş verən cinayət hadisəsi mənə cox pis təsir etdi. Həmin vaxtdan öz-özümə deyirdim ki, Allahım, insanlar bu qədərmi qəddarlaşıb? İtin hürməyinə görə də adam öldürərlər? Sonra eşitdim ki, “Sahil bağı”nda o bədbəxt hadisə baş verən yerə qərənfillər qoyulub. O oğlanın son dəfə bu dünyaya baxdığı yeri görmək istədim. Yazıçılar Birliyinə gedəndə “Sahil bağı”nı başdan ayağa gəzdim, amma qərənfillər qoyulan yer görmədim, fikirləşdim ki, yəqin götürüblər, gör neçə gün keçib üstündən. Bir həftə keçməmiş yenə də yolum ordan düşdü. Birdən qarşımda yerə qoyulmuş qərənfilləri gördüm… Bir neçə dəqiqəliyə ayaq saxladım, o oğlanın ruhunu yad etdim… Həmin anlarda orda baş verən hadisə gözlərim önündə canlandı… Özümə gələndə gördüm gözüm yaşarıb və qorxmuş kimiyəm, elə bil canlı şahidi olmuşam o hadisənin. Aralandım oradan… O oğlanın itini fikirləşdim.. Görəsən, o it neyləyir indi? Görəsən, sahibinin ona görə öldürüldüyünü duyubmu? Görəsən, öldürülən o oğlan sevdiyi qıza gül vermişdimi?

25 Yanvar, 2015