Quru çörəyin bərəkəti

0
21
quru-çörekBirisi Həzrəti Musaya deyir: 
– Ya Musa, mənim var-dövlətim o qədər artıb ki, qorxuram ibadətimə əngəl ola. Allaha dua elə ki, malımın bərəkətini azaltsın. Həzrəti Musa (ə) ona məsləhət görür ki, quru çörək götürüb gəzə-gəzə yesin.

Aradan aylar keçəndən sonra onlar yenidən rastlaşırlar və həmin şəxs gileylənir:

– Ya Musa, sən mənə məsləhət verdin, amma istədiyim olmadı.

Həzrəti Musa deyir:

– Sən mənim məsləhətimi necə yerinə yetirdin?

Həmin şəxs də yaxasına bir önlük bağlayır, sonra da bir parça quru çörəyi əlinə alıb gəzə-gəzə yeyir. Çörək parçasını yeyib qurtardıqdan sonra önlüyün üstünə tökülmüş qırıntıları da sağ əlinə çırpıb ağzına atır.

Həzrəti Musa bu mənzərəni görəndə belə deyir:

– Doğrusu, bu önlük məsələsi heç ağlıma gəlməmişdi, elə düşünmüşdüm ki, sən o quru çörəyi gəzə-gəzə yeyərkən qırıntılar ətrafa səpiləcək və sənin evinin bərəkəti azalacaq.