Şad xəbər: “Avropa Oyunlarının məşəli Zərdabdan keçəcək”

2
Zərdab-Avropa Oyunları

Zərdab-Avropa Oyunlarıİlk dəfə Azərbaycanda keçiriləcək Avropa Oyunlarında ölkəmizin ərazisində məşəlin aparılması ilə bağlı rayon və şəhərlərin müəyyənləşdirilməsi ilə əlaqədar xarici mütəxəssislərin yerlərə səfərləri çərçivəsində Londondan dəvət olunmuş mütəxəssislər Madi Cons və Piter Makkabenin Zərdab rayonunda olması barədə Zerdab.com saytında məlumat vermişdik.

Onlarla birgə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Regionlarla İş və Kadırlar Şöbəsinin müdiri Asif Quliyev də rayonumuza gəlmişdi. Sevindirici haldır ki, rayonumuza edilən səfər müsbət nəticələnib. Zərdab Rayon Gənclər və İdman İdarəsindən Zerdab.com saytına bildirilib ki, rayonumuz “Bakı 2015” Avropa Oyunlarının bir parçası olacaq: “Sevindirici haldır ki, rayonumuza edilən səfər müsbət nəticələnib. Məşəl Proqramında rayonumuz da yer alacaq, Zərdab rayonu ölkəmizdə keçirilən bu möhtəşəm tədbirin bir hissəsi olacaq”.

Qeyd edək ki, bu münasibətlə dünən Zərdab Rayon Gənclər və İdman İdarəsində tədbir keçirilib və məşəlin rayonumuzun ərazisindən keçirilməsi ücün tələb olunan 20 nəfər Məşəldar seçilib: “Avropa Oyunlarının ev sahibliyini və coşqusunu yaşayacaq bütün xalqımızı təbrik edir və bu şərəfli işdə uğurlar arzulayırıq”.

2 ŞƏRH

Şərh yaz

Please enter your comment!
Please enter your name here

eighteen − 16 =