Bülbül dərddən dəli oldu

0
55

Bülbül dərd
BU NƏ HÜSN, NƏ QAMƏTDİ…

Bu nə hüsn, nə qamətdi?

Qiyamətdən əlamətdi?

Gözəllik də kəramətdi,

Yazan, Haqq qələmi olur.

Can alan beləmi olur?

***

Gözəllik on yox, milyondu,

Kim deyir, doqquzu dondu?

Quş sənin çiyninə qondu,

Qoz yeyib, dələmi olur?

Məhəbbət beləmi olur?

***

Qış gəldi, gül-çiçək soldu,

Bülbül dərddən dəli oldu,

Bəs bu bahar harda qaldı?

Olanlar güləmi olur?

Yaz dərdi beləmi olur?

***

Sənin başın bəlalıdı,

Hər gedişin qəzalıdı,

Qəlbin qatar vağzalıdı,

Vağzalda tələmi olur?

Tələ beləmi olur?

***

Özün Yerdə, gözün Ayda,

Kefdi, çəkirsən Dübayda.

Mən nə hayda, sən nə hayda?…

İsaməddin dəlimi olur?

Dəli beləmi olur?

 

İsaməddin ƏHMƏDOV