TQDK-nın sədri Zərdabda vətəndaşlarla görüş keçirdi – FOTO

4
29
TQDK-Zərdab
Foto: Zerdab.com

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq yanvarın 30-da Zərdab şəhərində vətəndaşlarla görüş keçirib.

Zerdab.com saytı xəbər verir ki, qəbulda Zərdab rayonunun sakinləri ilə yanaşı Ağcabədi, Ağdam, Füzuli və İmişli rayon sakinləri də iştirak ediblər.

Görüşdən öncə TQDK sədri Məleykə Abbaszadə ulu öndər Heydər Əliyevin Zərdab şəhərinin mərkəzində yerləşən abidəsini ziyarət edib, abidənin önünə gül-çiçək dəstələri düzüb.

Görüş zamanı vətəndaşlar ali və orta ixtisas təhsili müəssisələrinə qəbul prosesi, əlavə təhsil, 2015-ci ildə TQDK tərəfindən keçiriləcək imtahanlarla bağlı, eləcə də bəzi ali təhsil müəssisələrini bitirmələrinə baxmayaraq, diplomun alınmasında qarşılaşdıqları çətinliklər və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Müraciətlərin çoxu yerindəcə öz həllini tapıb.
TQDK-nın səlahiyyətlərinə aid olan müraciətlərin yaxın vaxtlarda öz həllini tapacağı, Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin isə aidiyyəti qurumlara ünvanlanacağı qəbula gələn vətəndaşların diqqətinə çatdırılıb.

Zerdab.com

4 ŞƏRH

  1. Ay Ti muellim yeqin tapmayiblar da kimin tqdk-ya murecieti olar ki yene basqa nazir olsaydi deyerdim ki he

Comments are closed.