Zərdablı icra başçısı haqqında bilmədiklərimiz

1
45
Mübariz Ağayev
Mübariz Ağayev

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Mübariz Ağayevi Göyçay rayonuna yeni icra başçısı təyin edib. Zerdab.com saytı Mübariz Ağayev barədə bəzi məlumatları oxuculara təqdim edir.

Mübariz Ağayev 1 sentyabr 1953-cü ildə Zərdab rayonunun Məlikumudlu kəndində anadan olub. Azərbaycan Texnologiya İnstitutunu bitirib. İxtisasca texnoloqdur.

1970-ci ildə Göyçay şəhər İstehlak Cəmiyyətində əmək fəaliyyətinə başlayib. Sonralar müxtəlif illərdə Göyçay konserv zavodunda mühasib köməkçisi, Çərəkə kənd istehlakı cəmiyyətində, Qarabaqqal ictimai iaşə müəssisəsində mühasib vəzifələrində işləyib. 1979-1986-ci illərdə Qarabaqqal ictimai iaşə müəssisəsində direktor müavini, direktor, 1986-cı ildə Göyçay şəhər İctimai iaşə müəssisələri birliyində direktor, 1987-1989-cu illərdə Göyçay rayon İstehlak cəmiyyəti idarə heyətinin sədri, 1989-1991-ci illərdə Baş qiymətlər idarəsinin Göyçay rayonlararası Qiymət Müfəttişliyində rəis, 1991-1995-ci illərdə Göyçay şəhər təsərrüfat hesablı ticarət idarəsində direktor, 1995-1997-ci illərdə Göyçay rayon 17 saylı çörək zavodunda direktor, 1997-ci ildən isə Göyçay-çörək SC idarə heyətinin sədri vəzifələrində çalışıb.

2006-2007-ci illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, 2007-2012-ci illərdə isə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində işləyib.

Azərbaycan Respublikası prezidentinin 15 mart 2012-ci il tarixli sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.28 avqust 2013-cü ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Mübariz Ağayev İcra Hakimiyyəti başçıları arasında öz hörməti, nüfuzu ilə fərqlənən insanlardandır. Belə ki, o işlədiyi şəhər və rayonlarda işgzarlığı ilə ad çıxarıb, özündən sonra xoş xatirələr qoyub.

Məsələn, Göyçayda əvvəllər də başçı işləmiş və o zaman gördüyü müsbət işlərlə yadda qalan Mübariz Ağayevin bu rayona yenidən rəhbər gətirilməsi bu günlərdə Göyçayda atəşfəşanlıqla qarşılanıb. Həmin atəşfəşanlıqdan çəkilən video və fotonu Zerdab.com saytının “facebook” səhifəsində paylaşmışdıq.

Zerdab.com

1 comment

  1. Əla.Hörmətli həmyerlimiz, Sizi yeni təyinatla təbrik edirəm.Sizə uzun ömür,can sağlığı və yeni daha yüksək vəzifələrdə vətənə uğurla xidmət etmək arzulayıram

Comments are closed.