Zərdabda 4 min kvadratmetr ərazisi olacaq ticarət mərkəzi tikilir

0
35
Ticarət mərkəziZərdab şəhərinin “Dördyol” adlanan ərazisində, İmişliyə gedən yolun kənarında 4 min kvadratmetr ərazisi olacaq ticarət mərkəzi inşa edilir. Zerdab.com saytı xəbər verir ki, bu ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulan ticarət mərkəzində artıq son tamamlama işləri aparılır. Burada həm sənaye, həm də kənd təsərrüfatı məhsulları satılacaq. Yeni sahibkarlıq obyektində alıcılar və satıcılar üçün bütün lazımi şərait yaradılacaq.
Zerdab.com