Zərdabda “Niva” ilə “Mercedes” toqquşub: yaralananlar var

2
37

qezaZərdabda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə bu gün  axşam saat 19:30 radələrində Ucar-Zərdab magistral yolunun Zərdab rayonundan keçən hissəsində  qeydə alınıb.

“Niva” markalı avtomobil ilə “Mercedes”  markalı minik maşını toqquşub. Nəticədə Zərdab rayon sakinləri Elnur Babaş oğlu Mustafayev, Yusif Sədiyar oğlu Qasımov, Əhməd Amin oğlu Mikayılov və Turan Şahid oğlu Fərəcov müxtəlif bədən xəsarətləri ilə Zərdab Mərkəzi Rayon xəstəxanasına gətiriliblər.

Xəstəxanadan verilən məlumata görə,  yaralılara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanada gedən təmir işləri ilə əlaqədar olaraq onlar  ən yaxın məsafədə olan Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdiriliblər.

Hadisənin baş vermə səbəbi Zərdab Rayon Polis Şöbəsində araşdırılır.

2 ŞƏRH

  1. Allah komekleri olsun. Ewitdiyime gore siniqlari coxdu. Allah valideyinlerine bagiwlasin

Comments are closed.