Allaha yaxın olmaq

0
28
namaz“Namaz möminin meracıdır” buyurur Allahın sevimli Peyğəmbəri Həzrəti Məhəmməd (s.ə.s.). Merac nədir, bilirsinizmi? –  yüksəlməkdir, özü də elə bir məqama yüksəlmək ki, Həzrəti Cəbrayıl belə bir məsafədə dayanır və “burdan o tərəfə bir addım atsam, yanaram” söyləyir. Alnını yerə qoymaq əslində Allahın hüzuruna yüksəlməkdir.
Allah bizə bizim boynumuzun şah damarından da yaxındır. Amma bu heç də o demək deyil ki, biz də bizə bizim boynumuzun şah damarından daha yaxın olan Allaha yaxınıq.

“Bəndənin Allaha ən yaxın olduğu məqam səcdə məqamıdır”. Bunu da Allahın sevimli Peyğəmbəri Həzrəti Məhəmməd buyurur.