Kәrәm Kürqıraqlının kitabına giriş sözü

0
Kərəm Kürqıraqlı

Kərəm KürqıraqlıKәrәm Kürqıraqlı 1950-ci ildә qoca Şirvanın Zәrdab bölgәsindә, Otmanoba kәndindә dünyaya gәlib. Ayağı yer, dili söz, әli qәlәm tutub. Gör-götür dünyasında gördüyünü götürmәyә, duyduğunu yazmağa can atıb. Yaradıcılıq deyilәn әzablı bir işin uğurlu, uğursuz anları ilә qar şılaşıb. Yollarında işıq görәndә sevinib, duman görәndә küskünlәşib. Ancaq nә sevinәndә, nәdә küskünlәşәndә yazıb yaratmaq eşqi onun şair ürәyini tәrk etmәyib. İllәr boyu dәrdini dә, sevincini dә qәlәmә söylәyib, varağa danışıb. Yazdığı gәraylılar, qoşmalar, tәcnislәr, divanilәr sandıqlar küncündә sarala-sarala qalmayıb, dildәn-dilә düşüb, eldәn elә gәzib, mәclislәrә ayaq açıb. Kәrәmin xeyirxah dostları, ağsaqqal qayğıkeşlәri onu bir şair kimi qoruyub, yaşamağa yaratmağa hәvәslәndirib. “Var başını gizlәtmәz” – deyiblәr. Nәhayәt, gün gәlib çatıb. Onun şair sәsi radiodan, televiziyadan gәlib, imzası qәzet sәhifәlәrindә, adı vә şeirlәri kitablarda görünmәyә başlayıb. Bir gün onun ürәyindә öz kitabını görmәk marağı baş qaldırıb. Elә bu maraqla da nәşriyyat sorağına düşüb. “Yazıçı” nәşriyyatına gәlib. Şair nәşriyyat redaktoru Müzәffәr Şükürdәn qayğı vә xeyirxahlıq görüb. Lakin bәzi bәdxahların maneçiliyi ucbatından kitabı bu nәşriyyatda işıq üzü görmәyib. Axırda işıq ucunu “Azәr-nәşr”dә tapıb.

Əziz oxucular, nәşriyyatın sizә tәqdim etdiyi bu kitabda gedәn şeirlәrin әksәriyyәti dövrün, zamanın acı hәqiqәtlәrini, hamımızı narahat edәn ayrı-seçkiliyi, tayfabazlığı, rüşvәtxorluğu, vәzifә davasını, haqsızlığı, әdalәtsizliyi qamçılayan sәrt misralardan, kәsәrlideyimlәrdәn yoğrulmuşdur. Tәkcә istedadlı vә әdalәtli adamlara qarşı deyil, millәtimizә, torpağımıza qarşı olan haqsızhücumlar, altıncı ilә ayaq qoyan amansız müharibә, tökülәn qanlar, şәhid olan oğullar, yetim qalan körpәlәr şairin yaralı ürәyindә yaralı şeirlәrә çevrilib, oxucunu ayıq-sayıq olmağa, düşünmәyә çağırır. Kәrәm Kürqıraqlı bir şair kimi bütün bәlaların kökünü daxili çәkişmәlәrdә, yersiz didişmәlәrdә görür vә bütün bunlara qarşı kәskin nifrәtini, qәzәbini bildirir.

Haqsız başda oturanda,

Haqlı olan gör nә çәkir.

Xoş halına ağılsızın,

Ağlı olan gör nә çәkir. – deyib duyan, düşünәn, әsl ziyalı insan ömrü yaşayan adamların nәlәr çәkdiyini oxucunun gözlәri qarşısında bütün çalarları ilә, misraların aydın vә sәmimi, kәskin vә poetika dili ilә çox gözәl ifadә edir. İstәr-istәmәz oxucu tutarlı deyimlәri, sәrrast deyilmiş şeir parçalarını yaddaşına yazmağa, yadında saxlamağa çalışır.

Pәlәngi, bәbiri qovduq meşәdәn,

Tülküyә, çaqqala şir deyә-deyә.

Bәli, neçә ki, Mәmmәd Araz demiş, dünya düzәlmәyәcәk, heç vaxt xalqın әsl şair oğulları susmayacaq. Kәrәm Kürqıraqlı da belәcә. Onun şeirlәri layla çalmır, sığal çәkmir, silkәlәyir canlı meyitlәri, ayıldır mürgülü başları, şillәlәyir qızarmış sifәtlәri. Kәrәm Kürqıraqlı Kür çayının kәnarında kәndistan dünyasında torpaqla nәfәs-nәfәsә dayanıb torpaq kimi halal bir şair ömrü yaşayır. Düzü düz, әyrini әyri göstәrә-göstәrә, öz şair hәqiqәtinә sadiq qala-qala, “el içindә, öl içindә” deyib, eli-obası, yurdu-yuvası ilә baş-başa verib ömür sürür, ömrünü misralar üstündә әridә-әridә gәlәcәyә doğru gedir. Sәnәtin vә arzuların gәlәcәyinә doğru!

Zәlimxan Yaqub. 15.12.1993

Şərh yaz

Please enter your comment!
Please enter your name here

14 + ten =