Zərdabda işçilər axtarılır: maaş 510 manat

3

Zərdab rayonuZerdab.com saytı oxucuların müraciətlərini nəzərə alıb, bundan sonra mütəmadi şəkildə Zərdab rayonunun idarə, müəssisə və təşkilatlarında vakant iş yerləri barədə xəbərlər yayımlayacaq. Çünki bəzən boş iş yerləri ola-ola insanlar hara müraciət edəcəklərini bilmirlər və ya vakant iş yerlərindən xəbərsiz olurlar.

Məlumat üçün bildiririk ki, Zərdab Rayon Maliyyə İdarəsinin rəisi vəzifəsi 2012-ci ilin mart ayının 10-dan etibarən vakantdır. Bu işdə çalışmaq istəyənlər sənədlərini aidiyyatı orqanlara təqdim edə bilərlər, əmək haqqı 510 manatdır.

Bundan başqa, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin müdiri vəzifəsi də 2012-ci ilin may ayının 21-dən boşdur. Bu işdə çalışmaq istəyənlər də sənədlərini təqdim etməklə aidiyyatı orqanlara müraciət edə bilərlər. Bu işdə də aylıq vəzifə maaşı 510 manatdır.

Zərdab Rayon Elektrik Şəbəkəsində də rəis vəzifəsi 2013-cü ilin noyabr ayının 18-dən vakantdır. İxtisası və təhsili bu sahə üzrə olanlar, bu sahədə çalışmaq istəyənlər üçün bildiririk ki, burada da aylıq vəzifə maaşı 510 manatdır.

Zerdab.com

3 ŞƏRH

  1. birden bire bele azadllq vermek olmaz insanlarl casdlrmayln,yatmlslarl oyatmayln,qoy hele yatslnlar…………….

Şərh yaz

Please enter your comment!
Please enter your name here

thirteen − six =