Zərdabda Ana dili günü ilə bağlı tədbir keçirildi – FOTOLAR

0

Zərdab Zərdab Rayon Mərkəzi Kitabxanasında 21 fevral Beynəlxalq Ana dili günü münasibətilə “Ana dilimizi sevək, qoruyaq!” başlığı altında ədəbi-bədii kompazisiya keçirildi. Tədbir bəstəkar Emin Sabitoğlunun “Şirin dil” mahnısı ilə başlandı. MKS-nin direktoru Nailə Əliyeva tədbiri açaraq qonaqları salamladı, ana dilimizin anamız qədər əziz olduğundan, dil haqqında dəyərli fikirlərdən, ana dilimizin qorunub saxlanılmasında, inkişaf etdirilərək bugünkü səviyyəyə çatdırılmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən geniş bəhs etdi.

Uşaq Şöbəsinin multimediya resursları üzrə mütəxəssisi Elnarə Salikova “21 fevral Beynalxalq Ana Dili günü”, Xidmət Şöbəsinin Abonement bölməsinin müdiri Cəmalə Feyzullayeva “Əsrlərin, nəsillərin yadigarı Ana dilim!” mövzusunda çıxış edərək iştirakçıları məlumatlandırdılar. Tədbirdə 3 saylı məktəbin 5-ci sinif şagirdləri Ana dilinə aid şeirlər söylədilər.

Sonda “Ana dilimizi sevək, qoruyaq” başlığı altında təşkil olunmuş sərgidə nümayiş etdirilən kitab və digər nəşrlər haqqında oxuculara məlumat verildi.

Zerdab.comZərdabZərdabZərdabZərdabZərdab

Şərh yaz

Please enter your comment!
Please enter your name here

19 + eighteen =