Zərdabın kəndlərində anım tədbirləri keçirildi – FOTOLAR

0
28

AllahqulubağıAllahqulubağıZərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Allahqulubağı kənd kitabxana filialında Xocalı faciəsinin  23-cü ildönümü ilə əlaqədar “Bu günün və gələcəyin harayı” adlı anım tədbiri keçirildi. Tədbirdə kitabxananın əməkdaşları Elyanə Eyvazova, Tutu Ələkbərova, Allahqulubağı kənd orta məktəbinin müəllimləri Mapəri Hüseynova , Rəkilə Səmədova, Nuranə Eminova, oxuculardan Aysel Teymurova, Günay Həmidova, Sadiq Məmmədov, Emin Məmmədov, Xəqani Abbasov Xocalı faciəsi haqqında fikirlərini paylaşdılar. Tədbirdə məktəb şagirdləri Türkan, Ruhanə, Nərmin, Mirağa, Maqsud şeir söylədilər.

Körpükənd kəndində

KörpükəndZərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Körpükənd kənd kitabxana filialinda Xocalı faciəsinin 23-cü ildönümü münasibətilə anım tədbiri təşkil olundu. Kitabxana filialının müdiri X. Məmmədova faciə haqqında, kitabxananın əməkdaşları M. Məhəmmədov və Ş. Qurbanova kitabxanada təşkil olunmuş sərgidə Xocalı faciəsinə dair kitab və digər materiallar haqqında iştirakçılara məlumat verdilər. Körpükənd kənd orta məktəbinin şagirdləri faciəyə dair şeirlər söylədilər.

Gəlmə kəndindəGəlmə kəndi1

Gəlmə kəndiGəlmə kənd kitabxanası, Gəlmə tam orta məktəbi ilə birgə 26 fevral Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar “Qar üstünə qan yağırdı” başlığı altında ədəbi-bədii kompozisiya təşkil etdi. Tədbiri giriş sözü ilə Gəlmə kənd tam orta məktəbinin direktoru Gülağa İsgəndərov açaraq Xocalı şəhidlərinin və eləcədə Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda canından keçmiş bütün şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. Tədbirdə çıxış edən Gəlmə kənd kitabxanasının müdiri İ. Hüseynova, Gəlmə tam orta məktəbinin tarix müəllimi R. Qaçayev, ədəbiyyat müəllimi R. Mənsimova Xocalı faciəsi haqqında iştirakçılara ətraflı məlumat verdilər. Gəlmə kənd tam orta məktəbinin şagirdləri və fəal oxucular Gülbəniz, Saray, Gülnar, Zöhrə, Xədicə, Sultanə, Nəzrin, Cavidan, Aytac, Afət öz sözlərini vətənpərvərlik ruhlu şeirlərlə dedilər.

İsaqbağı kəndindəİsaqbağıİsaqbağıAzərbaycanlılara qarşı amansız soyqırımı qurbanlarının anım mərasiminə toplaşan İsaqbağı kənd məktəbinin müəllim və şagirdləri, fəal oxucular əvvəlcə İsaqbağı kənd kitabxana filialının təşkil etdiyi “Xocalı fəryadı” adlı foto-stend ilə tanış oldular. Sonra məktəbin direktoru R. Rəhimov Xocalıda törədilmiş terrorizm, etnik təmizləmə faktlarını pisləməklə, Xocalı soyqırımının dünya ictimaiyyətinə, beynəlxalq aləmə çatdırılması istiqamətində dövlətimiz və Heydər Əliyev Fondu tərəfindən aparılan işlərdən danışdı. Şəhid bacısı S. İsayeva, kitabxana filialının müdiri A. Kazımova, Uşaq Birliyinin sədri Ü. Məmmədova və başqaları çıxışlarında dinc əhalini güllələyən, süngüdən keçirən ermənilərin iç üzünün dünyaya tanıdılması, Azərbaycan həqiqətlərinin təbliğ olunması, erməni yalanlarının qarşısının alınması məsələlərindən geniş söhbət açdılar. Tədbirin sonunda məktəblilər ədəbi-bədii kompozisiya ilə çıxış etdilər, şəhidlərə Allahdan rəhmət dilədilər.

Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi