Ağır xəstə olan həmyerlimiz üçün bank hesabı açıldı- FOTO

0
Nurlan İsrəfilov
Nurlan atası İsabala İsrafilov ilə birgə

Zərdab rayonunun Məlikli kənd sakini İsrəfilov Nurlan İsabala oğlu ağır vəziyyətdə Bakıda Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasına yerləşdirilnəsi barədə məlumat vermişdik. Nurlan İsrəfilov qaraciyər serrozundan əziyyət çəkir və onun əməliyyatı üçün 50 min manat lazımdır. Anası İsrəfilova Qalina Zerdab.com saytına açıqlamasında oğlunun əməliyyatına köməklik göstərilməsi üçün Prezident İlham Əliyevə müraciət etdiklərini söyləyib.

Həkimlər bildirirlər ki, qaraciyər serrozu ilə əlaqədar Nurlan İsrəfilov həm də damar genişlənməsindən əziyyət çəkir və hər an qanaxmadan dünyasını dəyişə bilər. İlkin mərhələdə həmin damarlar dəyişdirilməlidir ki, qanaxma baş verərsə, onun həyatı üçün təhlükə yaranmasın. Ondan sonra isə təcili şəkildə qaraciyəri dəyişdirilməlidir. Lakin qaraciyər dəyişdirilməsi çox ağır və bahalı bir əməliyyat olduğundan ailəsi qalıb çıxılmaz durumda. Ümid qalır yaxşı insanların dəstəyinə.

Qeyd edək ki, artıq çoxlu sayda insan Nurlanın atasına zəng vuraraq (051 416 01 65), mesaj yazaraq maddi dəstək göstərməyə hazır olduqlarını bildiriblər.

Valideynləri bank hesabı açıblar. Atası İsabala İsrəfilovun xahişi ilə həmin bank hesabını tədqim edirik. Ümid edək ki, hər kəs imkanı çatan qədər Nurlana öz dəstəyini göstərəcək.

Hesab nömrəsi: AZ43 AİİB 38010019444603594146

 Kod 200468

 VÖEN 9900003611

 Muxbir hesab AZ37NABZ 01350100000000001944

 Ünvan: Az 6300 Zərdab şəhəri, H. Əliyev prospekti – 17

 Tel: +994 0202966298, +994 0202966069

İsrəfilov Nurlan