Zərdabın voleybol üzrə çempion komandası məlum oldu

0
Zərdab

Zərdab
5 mart hər il ölkəmizdə – Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu münasibətilə Zərdab Rayon Gənclər və İdman İdarəsinin perspektiv iş və tədbirlər planı icrası məqsədi ilə Rayon Gənclər və İdman İdarəsi, YAP Zərdab Rayon təşkilatı və Region Gənclərinin İnkişafına Töhfə İctimai Birliyinin birgə təsdiq etdikləri əsasnaməyə uyğun olaraq 2-5 mart 2015-ci il tarixlərdə Voleybol idman növü üzrə Zərdab rayon çempionatı keçirildi. 10 komandanın iştirak etdiyi və gərgin mübarizə şəraitində keçən çempionatda RİHB Şəhər üzrə nümayəndəliyinin komandası I yeri, Yarməmmədbağı kənd komandası II yeri əldə etdilər. Tədbirdə YAP Zərdab Rayon təşkilatının sədri Pərvin xanım Mahmudova, YAP Zərdab Rayon təşkilatının Gənclər Birliyinin sədri Ramin Əliyev, Region Gənclərinin İnkişafına Töhfə İctimai Birliyinin İcracı direktoru Nicat Rəhimov və Zərdab Rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev iştirak etdilər. Final oyununda qalib komandalara Kubok və diplomlar təqdim olundu. Çempionatın keçirilməsində yaratdıqları şəraitə görə, başda məktəbin direktoru Ramo Hacıyev olmaqla, şəhər 2 saylı tam orta məktəbinin bütün kollektivinə dərin minnətdarlığımızı bildirildiririk.

Zərdab Rayon Gənclər və İdman İdarəsiZərdab

Şərh yaz

Please enter your comment!
Please enter your name here

14 − 9 =