Zərdabın Allahqulubağı kəndində ev yanıb

0
22

yanğınZərdabda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Zərdab rayonunun Allahqulubağı kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Evə bitişik tikilmiş digər ev, köməkçi tikili və talvar yanğından mühafizə olunub. Yanğın saat 15:38-da söndürülüb.