Verən əl daha xeyirlidir

0
23

KainatRəsulullah (s.ə.s.) bir hədisi-şərifində belə buyurmüşdür: Verən əl alan əldən daha xeyirlidir.

Üz-gözünü örtüb, tanınmasını istəmir, amma istəməsə də bu qapının ağzında oturub əl açmalı olub. Kim bilir, arxada hansı dərdləri, hansı ağrıları, neçə “çörək” deyib ağlayanı və ya dərman gözləyəni var.

Dilənçilik təqdir ediləsi hal deyil, amma bəzən insan elə hala düşür ki, başqalarına əl açıb yardım istəmək onun üçün insanlıq haqqı olur. Xüsusilə mübarək Ramazan günlərində verdiyin hər sədəqə Allah (c.c.) qatında sənə dah çox şeylər qazandıracaq. Sədəqə insana gələcək bəlaları dəf edə bilir. Bunu Rəsulullah (s.ə.s.) müjdələyib. Yəni sənin verdiyin o sədəqə gələcəkdə xanımını və ya övladlərını, bəlkə də lap özünü o hala düşməkdən qoruyar.

Malın-mülküm gerçək sahibi Allah-Təala (c.c.) həzrətləri səni sənə verdiyi var-dövlətlə sınağa çəkir. Sən də Allahınsan (c.c.), sənin qapının ağzında əl açıb mədəd uman da, “mənim” dediyin sərvətin də. Sən Allahın (c.c.) verdiyindən Allah (c.c.) rizası üçün Allahın (c.c.) yaratdığına da verərsənsə, Allah-Təala (c.c.) də səni mükafatlandırar. Sənin bir verdiyinin qarşısında sənə min verər və bəlkə daha çox əta edər. Onun mərhəməti, səxavəti, sevgisi sonsuzdur.

Bu mübarək Ramazan günündə sənin divarının dibinə sığınmış bir ehtiyac sahibi Allah (c.c.) adını çağırıb sizdən yardım gözləyir. Allah-Təala (c.c.) hikmət sahibidir, istəsə, o dərdlinin ehtiyacını bir anda qarşısına düzər. Amma səni imtahana çəkir, gözləyir ki, sən verdiyin qərarınla öz yerini seçəsən, kimin yanında olduğunu, kimin sözünə inandığını göstərəsən.