Məlikli kəndində Novruz bayramı münasibəti ilə tədbir keçirildi

0
19

Məlikli kənd kitabxanasıZərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Məlikli kənd kitabxana filialı kənd Mədəniyyət Evi ilə birlikdə Novruz bayramı münasibətilə “BAHAR BƏZƏYİDİR TORPAĞIN, ELİN” adlı musiqili, əyləncəli bayram tədbiri təşkil etdi.

Məlikli kənd İcra Numayəndəliyi, kənd Bələdiyyəsi, kənd orta məktəbinin müəllim və şagir kollektivi, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşları və kənd əhalisinin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının dövlət himninin sədaları altında Azərbaycan Dövlət bayrağının bayram meydanına gətirməsi ilə başlandı.

Məlikli kənd kitabxana filialının müdiri Nuranə Umudova çıxış edərək bütün tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik etdi, Novruz bayramının tarixi və adət-ənənələri haqqında məlumat verdi.

Kosa, keçəl və bahar qızın gəlişi, güləşçilərin nömrələri, Bəkirli Rəcəf, Bəkirov Elçin, Bəşirov Allahşükür, Ədilova Fədarə, Bəkirov Emin və Bəkirli Maşadının etdiyi rəqslər, Gülnarə İmanova, İlahə Muradova, Eminə Qasımova, Gülnarə Ədilova, Aminə Qasımova və Aylin Umudovanın söylədiyi şeirlər, Qərənfil Teymurovanın əl işlərindən ibarət sərgi  tədbirə daha da rəng qatdı. Tədbir kosa və keçəlin məzəli söhbətləri, rəqsləri ilə sona çatdı.

 Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Məlikli kəndi Novruz şənliyiMəlikli kənd kitabxanasıMəlikli kəndi Məlikli kənd kitabxanasıMəlikli kənd kitabxanasıMəlikli kənd kitabxanasıMəlikli kənd kitabxanasıMəlikli kənd kitabxanası6Məlikli kənd kitabxanasıMəlikli kənd kitabxanasıMəlikli kənd kitabxanasıMəlikli kənd kitabxanasıMəlikli kənd kitabxanası