Zərdabdan Azərbaycan Ali Hərbi məktəbinə ekskursiya – FOTOLAR

0
19


Zərdab Rayon Gənclər və İdman İdarəsi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin
Zərdab rayon bölməsinin, Zərdab Rayon Gənclər və İdman İdarəsinin, “Gəncliyə Dəstək” İctimai Birliyinin və “Region Gənclərinin İnkişafına Töhfə” İctimai Birliyinin birgə təşkilatcılığı ilə Zərdab şəhər 1 saylı məktəb liseyinin 8, 9, 10 və 11-ci sinif şagirdlərinin iştirakı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə ekskursiya təşkil olundu.
Rayonumuzdan Bakı şəhərinə səfər edən gənclərimiz məktəbin tədris prosesi və maddi texniki bazası ilə yaxından tanış oldular. Tədbirin təşkilində məqsəd gənclərimizin peşə yönümünün hərbi ixtisaslara istiqamətləndirilməsi və şagirdlər arasında hərbi ixtisasların geniş təbliğat işinin aparılması idi. Gənclərimiz bu görüşdən xoş təəssüratlarla ayrılmaqla yanaşı, bir daha əmin oldular ki, Azərbaycanda ordu quruculuğu uğurla həyata keçirilir. Məktəb ən son elimi-texniki vasitələrlə təmin olunmaqla yanaşı gələcəyin zabitləri yüksək elmi biliklərə və nizam-intizama malikdirlər. Ordunun əsasını və əzmini komandirlərin peşakarlığı, bacarığı və savadlı olması təşkil edirsə, deməli, bizim ordumuz Ali Hərbi Məktəbin yetişdirdiyi yüksək ixtisaslı yerli kadrların sayəsində buna nail olmuşdur.

Zərdab Rayon Gənclər və İdman İdarəsiZərdab Rayon Gənclər və İdman İdarəsiZərdab Rayon Gənclər və İdman İdarəsiZərdab Rayon Gənclər və İdman İdarəsi