Zərdab sakininin Moskvadakı məşhur “Kura” restoranı bağlandı

0
26

Zərdab sakini Mehman Nuriyevin Rusiyanın paytaxtı Moskva şəhərindəki məşhur “Kura” restoranında vergi xidməti ciddi yoxlamaları başlayıb. Moskvanın Kantemirovskaya küçəsində yerləşən restoran bağlanıb. Son məlumatlara görə, xidməti personal içəri buraxılmır. Moskvada yaşayan soydaşlarımızdan birinin lent.az-a verdiyi məlumatə görə, əslində, bu tip yoxlamalar “Kura”da ilk dəfə deyil. Xatırladaq ki, “Kura” restoranının sahibi əslən Zərdab rayonundan olan Mehman Nuriyevdir.