Gəlmə kəndində bayram tədbiri – FOTOLAR

1
33

Gəlmə kəndiZərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Gəlmə kənd kitabxanası , kənd Mədəniyyət  evi ilə birgə  “ELİMİZƏ BAHAR GƏLİR, NƏĞMƏ GƏLİR, SAZ GƏLİR” başlığı altında Novruz  şənliyi təşkil etdi. Tədbiri giriş sözü ilə kitabxananın müdiri İlahə Hüseynova  açaraq tədbir iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik etdi. Böyük mənəvi gücə malik olan Novruz bayramı ənənələrindən danışdı. Gəlmə kənd inzibati  ərazi  dairəsi üzrə nümayəndənin müavini Gündüz Səfərəliyev çıxış edərək bütün Azərbaycan xalqını bu bayram münasibəti ilə təbrik etdi və qeyd etdi ki, o gün olsun ki, tapdaq altında olan torpaqlarımız azad olsun, bu əziz bayram tonqalları Qarabağmızda şölələnsin.Gəlmə kənd Mədəniyyət evinin metodisti Zeynəb Səfərəliyeva çıxış edərək Novruz bayramının təmizlik, saflıq, barış bayramı olduğunu qeyd etdi, Novruzqabağı keçirilən mərasimlərdən danışdı. Tədbirin 2-ci hissəsində bahar qızı Saray Hüseyinzadə, tədbirin aparıcıları Zöhrə Abbaszadə, Aydan Hüseynova tədbir iştirakçılarını Novruz bayramı münasibəti ilə bir daha təbrik etdi, ulu öndər Heydər Əliyevin Novruz bayramı haqqında kəlamlarını tədbir iştirakçılarının diqqətinə çatdırdılar. Tədbir boyu kitabxananın fəal oxucuları Novruz bayramı haqqında şerlər, tapmacalar, yanıtmacalar söylədilər, müxtəlif oyunlar keçirdilər, musiqi nömrələri ifa edilər. Keçəl və kosa da öz məzəli oyunları ilə tədbir iştirakçılarını əyləndirdi.

 Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana SistemiGəlmə kəndiGəlmə kəndiGəlmə kəndiGəlmə kəndiGəlmə kəndiGəlmə kəndiGəlmə kəndi

1 comment

Comments are closed.