Övladınız dünyaya gəldikdə qurban kəsin

0
22
Qurban bayramıİslamiyyətdən əvvəl insanlar qız övladları dünyaya gəldikdə məyus olur, oğlan övladları doğulduqda isə sevinir, əyləncə məclisləri təşkil edir, qurban kəsir və qurbanın qanını oğlanın başına sürtürdülər. Hz. Məhəmməd (s.ə.s.) isə bu adətləri xeyli dərəcədə korrektə etdi. O (s.ə.s.), yalnız oğlan övladları üçün deyil, qızlar üçün də qurban kəsməyi tövsiyə etdi. Ancaq uşaqların başlarına qan sürtmə adətini ortadan qaldırdı və yerinə müşk-ənbər sürtülməsini tövsiyə etdi.
Qurban kəsmək övlad kimi dəyərli nemət bəxş etdiyinə görə Allaha (c.c.) şükrün ifadəsi kimi başa düşülməlidir. Təbii ki, bu, məcburi deyil və insanların maddi imkanlarından asılıdır. Sadəcə, oğlan övladı üçün qurban kəsib, qız övladını bundan məhrum etmək Allahın nemətinə qarşı naşükürlükdür. Oğlanın və ya qızın – hansının valideynlər üçün daha xeyirli olacağını isə bilmək olmaz. Rastlaşdığımız hallardandır ki, bəzən valideynlər qocaldıqdan sonra oğlan övladları onları evdən qovur, valideynlər də qızlarına sığınırlar.

Qurban kəsməyə imkanı olmayanlar sədəqə verə bilərlər. Ancaq bu sədəqənin həcminin az olmamasına diqqət edilməlidir. Təbii ki, ailənin maddi imkanları da nəzərə alınmalıdır.