Zərdabın Gəlmə kəndində uşaq bağçası inşa olunur

0
30
uşaq bağçasıZərdab rayonunun Gəlmə kəndində körpələr evi-uşaq bağçası üçün 60 yerlik yeni binanın inşasına başlanılıb.

Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illlərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında Zərdab rayonu üçün nəzərdə tutulan tədbirlər planına uyğun olaraq inşasına başlanan yeni obyekt kənddəki köhnə bağçanın həyətində tikilir. Yeni bina ikimərtəbəli olacaq. Dövlət vəsaiti hesabına inşa ediləcək binada balacaların istirahəti, təlim-tərbiyəsi üçün hər cür lazımi şərait yaradılacaq. Burada 4 yataq otağı, gimnastika zalı, məşğələ və kompyuter otaqları, mətbəx və əyləncə yerləri olacaq.
Obyektin ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.