Pərvanlı kəndi

7

Rayon mərkəzinin 15 kilometrliyində, Zərdab şəhərindən cənub-qərbdə, Kür çayının və bir zamanlar Kürün yatağı olan axmazın (bu axmağa lal Kür də deyirlər) sahilində yerləşir.
Kənddə taxılçılıq, heyvandarlıq, yemçilik, quşçuluq, meyvəçilik, pambıqçılıq, baramaçılıq, bostan və tərəvəzçilik, qismən arıçılıq və balıqçılıq inkişaf etmişdir. Pərvanlı kəndində İcra Nümayəndəliyi, bələdiyyə, sudan istifadə edənlər assosiasiyası, orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, poçt şöbəsi, elektron ATS, modul tipli içməli su qurğuları, mağazalar şəbəkəsi, iaşə obyektləri, məscid fəaliyyət göstərir.
Kəndinin adının nədən və haradan qaynaqlanması barədə müxtəlif fikirlər var. Bəziləri bu kəndin ilk sakinlərinin Pərvan adlı şəxsin yaxın və doğmaları olduğunu ehtimal edirlər. Bununla belə Əfqanıstanda Pərvan əyaləti olduğu da məlumdur və güman edilir ki, Nadir şahın Əfqanıstanı işğal etməsi ilə əlaqədar oradakı əyalətdən bir çox sakinlər buraya köçmüş və ya köçürülmüşlər. Maraqlısı budur ki, Həsən bəy Zərdabi 1880-ci illərdə Zərdabda yaşadığı dövrdə Pərvanlı ilə Məmmədqasımlı kəndləri arasında “Dolanbaba” adlanan sahədə əkdiyi taxılın biçilib dərz halında zəmi yerində qurudularkən yandırıldığı və Həsən bəy özü hadisə yerinə çatana qədər yanğını ona xüsusi rəğbəti olan Müskürlü  (Məmmədqasımlı) və Pərvanlı camaatının söndürməsini “Kaspi” qəzetində razılıqla xatırlayır.

Ərazisi 1048,97
Əhalisi 1405 

7 ŞƏRH

  1. ULVU PASHAZADE KIMI OGLANLARDA ESHQ OLSUN. ZERDABIN FEXRI. ONU ONU NIYE DEMIRSIZ TEZ NERIMAN DEYIRSIZ SHIRIN SHIRIN. Baxinda

  2. Pervanli bizim ureyimizdir.yaxin illerde onun adini qaldiracam cox yukseklere.

  3. YOLLARI QIRDAN OLASI DEYIL KI,SHUKUR ALLAHA BUNADA . ULVI PASHAZADENI ISE HELE TEZDI INSHALLAH GELECEKDE GORECEYIK…DAIMA IRELI…

  4. kendimiz gozeldi medenidi bilikli genclerimizdeki coxdu suyumuz qazimiz da var insallah yollarimizdaki cekilse gozel olar pirezdentimiz ILHAM ELIYEV in cani saqolsun omru uzun olsun bizim PERVANLI kendin yollarina asvalt cekilsin men bunu arzulayiram

  5. Mənim bu kendin insanlarına böyük hörmetim var.bu kendin XI sinif şagirdi Xədicəyə böyük uğurlar arzulayıram.Arzu edirem ki Xədicə bu il ölkəmizin ən gözel Ali Məktəblərinə birine daxil olsun,babasi Hacı Kamali,nənəsini sevindirsin.allah bütün balaları saxlasın.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

17 − sixteen =