Bakı Dövlət Universitetinin dosenti, həmyerlimiz Zoya Nuriyeva

0

Tarix elmləri namizədi, dosent Nuriyeva Zoya Nuru qızı 4 iyun 1949-cu ildə Zərdabda anadan olub. 1967 ildə orta məktəbi bitirib. 1967-1972-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. 1973-1976-cı illərdə 67 saylı Texniki-Peşə məktəbində kitabxanaçı, tərbiyəçi, müəllim vəzifəsində işləyib. 1976-cı ildən Bakı Dövlət Universitetində laborant, baş laborant, müəllim, baş müəllim vəzifələrində çalışıb. 1988-ci ildə namizədlik dissertasiyasını müdafiə edib və tarix elmləri namizədi elmi dərəcəsi alıb. Hal-hazırda Bakı Dövlət Universitetinin Slavyan ölkələri tarixi kafedrasında dosent vəzifəsində işləyir. “Slavyan ölkələri tarixi”, “Rusiya tarixi” dərslərini aparır.
17 məqalənin və 1 kitabın müəllifidir. www.zerdab.com saytının kollektivi bütün zərdablılar adından dəyərli həmyerlimizə həm ailə, həm də iş həyatında uğurlar arzulayır.

Qeyd: Bu məlumatlardan istifadə edərkən www.zerdab.com saytına istinad vacibdir. Müəllif hüquqları qorunur.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

eleven + 5 =