Allahverdi Səfərov: “İşdən çıxmağımda icra başçısının heç bir günahı yoxdur”

2
Zərdab rayonu

Zərdab rayonu“Övladım özünü yaxşı aparmadı, səhv elədi. İndi də cəzasını mən çəkirəm”.

Bunu AzVision.az-a açıqlamasında ötən gün vəzifəsindən azad edilən Zərdab rayonunun icra başçısının sabiq birinci müavini Allahverdi Səfərov deyib.

A. Səfərov işdən oğlunun xuliqanlığına görə çıxarıldığı təsdiq edib: “Mənim işdən çıxmağımda icra başçısının heç bir günahı yoxdur. Cənab prezidentin tapşırığı var ki, dövlət məmurunun övladı özünü yaxşı aparmalıdır. Mənim oğlum isə səhv elədi. Ona görə də bu gün işsiz qaldım”.

Keçmiş məmur əlavə edib ki, övladı günah edibsə, cəzasını da valideyni çəkməlidir:

“Övladın cəzasını valideyn çəkməlidir. Mənim işdən çıxmağıma görə oğlum peşmançılıq çəkir. Bu hadisədən sonra oğlumla söhbət elədim. Ona içkinin törətdiyi hadisələrdən danışdım. Ona içki içməməsi ilə bağlı xəbərdarlıq etdim. Ceyhun özü də evlidir. Bir nəvəm var. Oğlum hazırda işləyir. Hadisə bayram günü olub. Həmin gün Ceyyun sərxoş halda avtomobil idarə edib və tutulub. Oğlum bu əməlinin cəzasını da çəkib”.

Qeyd edək ki, A.Səfərovun oğlu Ceyhun Səfərov bu il martın 22-də saat 16.00 radələrində sükan arxasında içkili vəziyyətdə olarkən polis zabitinin sənəd təqdim etmə tələbinə tabe olmaqdan imtina etdiyinə görə saxlanılıb. Zərdab rayon Məhkəməsi tərəfindən C.Səfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs cəzası tətbiq edilib.

Martın 27-də C.Səfərov həbs müddəti başa çatdığı üçün sərbəst buraxılıb. Ötən gün isə Zərdab rayon icra hakimiyyəti başçısının birinci müavini Allahverdi Səfərov tutduğu vəzifəsindən azad edilib.

AzVision.az

2 ŞƏRH

  1. o usaq agilli olsun atasina zulm vermesin.Bedis hemise zulumkar olur onun da ohtesinden gelmk mumkun olmur.Indi soz versede birden sonra yene hemin hereketi edecek.————

Şərh yaz

Please enter your comment!
Please enter your name here

14 − 10 =