Sevmək bəzən hər şeydir, bəzən heç nə

0
70
sevgi məhəbbətEşq dediyin bağlılıqdır, bağlanmaqdır, bəzən təmənnasız təslimiyyət, bəzən təmənnalı ticarətdir.
Eşq dediyin sarmaşıqdır, tutmasa, yapışmasa, sarılmasa, ayaqda dura bilməz.

Sevmək şirin ölməkdir, havasına girib, ölümə uçduğun, amma nə olduğunu bilmədiyin səmum yelidir.

Uğrunda ölürcəsinə sevmək sevgisini özünün məbudu halına gətirməkdir.

Sevmək bəzən hər şeydir, bəzən heç nə. Bəzən bir inaddır, inadına sevirsən, acığa sevirsən, xətrə sevirsən. İnada, acığa, xətrə sevmək inadın, acığın, xətrin bitdiyi yerə qədərdir.

Bir bu dünyada gördüyünü sevmək var, bir də görmədiyini sevmək var.

Dünyaya göz gəzdirib gördüyün, könül verib sevdiyin hər şey fanidir, ötəridir, yəni sonu var, ölümlüdür.

Görmədən sevmək isə ölümsüz-itimsizdir, nə qorxusu, nə təhlükəsi var, özü də sevəni sevdiyinə qovuşdurar. Əslinə qalanda bu sevgi elə başladığı andan qovuşmaqdır.

Görüb sevmək var, sevib görmək var, sevib görmək aqillərin qismətidir.

Sevmək – hər kəsi, hər şeyi layiq olduğu yerə qoya qoymaqdır, hər kəsi, hər şeyi öz yerində görməkdir.