Zərdablı şagirdlər üçün ustad dərsləri keçiriləcək

1
25

ustad dərsləriMədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə uşaq musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlığının artırılması və onlara metodiki köməklik göstərilməsi məqsədilə respublikanın tanınmış musiqiçiləri, aparıcı təhsil müəssisələrinin təcrübəli müəllimlərinin iştirakı ilə rayon, şəhər və kənd uşaq musiqi və incəsənət məktəblərinin şagird və müəllimləri üçün ustad dərsləri təşkil edilir.

Cari ilin fevralında Bakı və Sumqayıt şəhərlərində tar, kamança, saz və violin ixtisasları üzrə ustad dərsləri keçirilib.

Cari il aprelin 11-də Quba şəhərində Quba, Xaçmaz, Şabran, Qusar, Siyəzən rayon uşaq musiqi və incəsənət məktəblərinin, aprelin 22-də Ağcabədi şəhərində Ağcabədi, Beyləqan, Füzuli, İmişli, Zərdab rayon, habelə bölgədə fəaliyyət göstərən Laçın və Xocavənd rayon uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün fortepiano, tar, kamança və xanəndəlik ixtisasları üzrə ustad dərsləri keçiriləcək.

Ustad dərsləri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professorları, xalq artisti Ramiz Quliyev və əməkdar incəsənət xadimi Arif Əsədullayev, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, xalq artisti Zabit Nəbizadə və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin metodist-müəllimi Zərifə Məmmədyarova tərəfindən aparılacaq.

1 comment

Comments are closed.