Güclü külək Zərdabda bir sıra fəsadlar törədib

0

külek
Aprelin 3-də səhər saatlarından başlayan və axşamadək davam edən güclü külək Zərdab rayonunda bir sıra fəsadlar törədib.

Rayon fövqəladə hallar komissiyasından verilən məlumatda bildirilir ki, güclü külək Zərdab və kəndlərdə xeyli ağacı, 22 ədəd elektrik dirəyini və 6 ədəd rabitə dirəyini aşırıb. Körpükənd, Otmanoba kənd məktəblərinin dam örtüyünün müəyyən hissəsini uçurub, fərdi mənzillərə, tikililərə və təsərrüfata ziyan vurub.

Rayonun bir sıra yaşayış məntəqələrində, o cümlədən Bıçaqçı, Məmmədqasımlı, Gödək Qobu, Alıcanlı kəndlərində və Bəyimli qəsəbəsində elektirik enerjisinin verilməsində fasilələr yaranıb.

Hazırda bütün xidmət təşkilatları fövqəladə iş rejimində çalışır. Yaradılan operativ qrup dəyən zərəri müəyyənləşdirir, qabaqlayıcı tədbirlər görür.külekkülek2