Zərdabın Qoruqbağı kəndinin ilk şəhidi – Babək İsmayılov

0
Babək İsmayilov

İsmayılov Babək 1971-ci il sentyabrın 20-də Zərdab rayonunun Qoruqbağı kəndində fəhlə ailəsində anadan olmuşdu. 1979-cu ildə X. Natavan adına Qoruqbağı kənd orta məktəbinin birinci sinfinə getmiş və həmin məktəbin 9-cu sinfini 1989-cu ildə bitirmişdi. Müəllimləri onu bu gün də məsum, ağıllı, təmkinli, mehriban, nəzakətli, xoşrəftar bir insan kimi xatırlayırlar. Babək həm də öz təmkini, səbri, dözümü və möhkəmliyi ilə yaddaşlara həkk olunub. O, hündür boyu ilə uşaqlardan seçildiyi kimi, öz çevik hərəkətləri ilə də diqqəti cəlb edirdi. Bədən tərbiyəsi dərslərində, əmək işlərində xüsusi fərqlənirdi, həmişə birincilər sırasında olardı.

Qarabağ müharibəsi başlayan vaxtlarda – vətənimizin ağır günlərində o da könüllü olaraq cəbhəyə yollandı. Öz qorxmazlığı, qəhrəmanlığı ilə cəbhədə rəğbət qazanan Babək İsmayılov, 8 oktyabr 1992-ci ildə Ağdərə bölgəsindəki Çıldıran yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid oldu. Babək Zərdab rayonunun Sarıqaya kəndindəki “Seyid Mahmud” qəbiristanlığında dəfn olunub. Subay idi. Allah rəhmət eləsin. Babək və onun kimi mərd oğullar vətənsevər insanların qəlbində həmişə yaşayacaqdır.

 

Şərh yaz

Please enter your comment!
Please enter your name here

9 − one =