Avropa Oyunlarının məşəli mayın 12-də Zərdabdan keçəcək

1
24

Avropa oyunları məşəlİyunun 12-28-də Bakıda keçiriləcək Avropa Oyunları məşəl səyahətinin marşrutu tam müəyyənləşib.

Aprelin 26-da Atəşgah Məbədində alovlandırılacaq məşəl 48 gün ölkə ərazisində gəzintidə olacaq.

Bakı-2015-in mərasimlər üzrə direktoru Katerina Uqvu bildirib ki, Alov səyahəti Avropa Oyunlarına gedən yolda yüksək əhval-ruhiyyənin və marağın yaranmasına səbəb olacaq. Səyahət bundan sonra baş verəcək hadisələrin gedişatını müəyyən edəcək.

Onun sözlərinə görə, səyahət zamanı ümumilikdə 1000-dən çox məşəlçi iştirak edəcək. Məşəl yer üzərində avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq.

Azərbaycan mədəniyyətinin simvolu olan məşəlin ilk səfəri Naxçıvana olacaq. Azərbaycanın ecazkar təbiətinin, zəngin mədəniyyətinin və tarixi irsinin təbliğ olunacağı təntənəli mərasimlərlə müşayiət olunacaq alov, ölkə boyunca 60 rayonu səyahət edərək Oyunların ruhunu yayacaq və insanların qəlblərini isidəcək.

Uqvunun sözlərinə görə, məşəl Azərbaycan xalqının 99 faizinin bir saatlıq gəzintiyə sərf etdiyi vaxt qədər səyahət edəcək və marşrut boyunca minlərlə insanın gündəlik tədbirlərə qatılacağı gözlənilir.

Alov iyunun 12-də təşkil olunacaq açılış mərasiminədək təxminən 5500 km məsafəni səyahət edəcək. 15 şəhər mərkəzində Alov festivalı da təşkil olunacaq.

“Yarat”ın bədii rəhbərliyi ilə Sebastian Berqnenin dizayn etdiyi Bakı-2015-in məşəl və çırağını ənənəvi Azərbaycan metal işləmələrindən ilhamlanmış materiallar və texnikaların istifadə edilməsi ilə işlənib və hazırlanıb. 660 mm hündürlüyü olan məşəlin gövdəsi yarışın brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadı. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.

Alov hər məntəqədə Məşəl və Oyunların brendindən götürülmüş, nar ağacı motivləri əsasında Azərbaycanın milli-mədəni dəyərlərini əks etdirərək hazırlanmış neftlə yanan çıraqlara ötürüləcək.

Zerdab.com saytına verilən məlumata görə, may ayının 12-də Zərdab rayonunda bu münasibətlə qarşılanma mərasimi olacaq.

1 comment

  1. Yene yigacaqlar mektebleri ora bele tedbirin olmagindansa hec olmamagi yaxwidi
    Butun yuk doblet iwcilerinin ve wagirdderin boynuna duwur

Comments are closed.