Zərdablı məktəbli fənn olimpiadalarında Azərbaycan üçüncüsü oldu

0
33

Gəlmə kəndiRespublika fənn olimpiadalarının final mərhələsi keçirilib. Zerdab.com saytına verilən məlumata görə, Zərdab rayonu, M. F. Axundov adına Gəlmə kənd orta məktəbini təmsil edən Elvin Namiq oğlu Ələkbərov Coğrafiya fənni üzrə fəxri III yeri tutaraq rayonumuzun adını qaliblər sırasına yazdırıb. Qeyd edək ki, qaliblərinin mükafatlandırılması mərasimində təhsil naziri Mikayıl Cabbarov, ali məktəb rektorları, millət vəkilləri, nazirliyin struktur bölmə rəhbərləri, təhsil ekspertləri, məktəb direktorları, qabaqcıl müəllimlər, valideynlər, şagirdlər və media nümayəndələri iştirak ediblər. Nazir Mikayıl Cabbarov deyib ki, fənn olimpiadalarının final mərhələsində Azərbaycanın 58 müxtəlif şəhər və rayon məktəblərindən şagirdlər iştirak edib. Tədbirin sonunda Respublika fənn olimpiadalarının final mərhələsində I, II və III yeri tutan şagirdlərə diplom və medallar təqdim olunub, Təhsil Nazirliyi tərəfindən qaliblərə qiymətli hədiyyələr təqdim edilib.

İstedadlı uşaqların aşkara çıxarılmasında olimpiadalar müstəsna əhəmiyyətə malikdir. Bunu nəzərə alaraq, Respublika fənn olimpiadaları şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirilir.

Qeyd edək ki, Elvin Namiq oğlu Ələkbərovun bu uğuru münasibəti ilə M. F. Axundov adına Gəlmə kənd orta məktəbində də tədbir keçirilib.

Zerdab.comGəlmə kəndiGəlmə kəndi
Gəlmə kəndi