Zərdabda mənzildən oğurluq edən şəxs tutulub

0
Zərdab Rayon Polis Şöbəsi

Zərdab Rayon Polis ŞöbəsiZərdab rayonunda mənzildən oğurluq edən şəxs tutulub. SalamNews-un bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə rayonun Aşağı Seyidlər kəndində baş verib.

Kənd sakini 41 yaşlı Rza Bayramovun evdə olmadığını fürsət bilən qonşusu 24 yaşlı İntiqam Məmmədov mənzildə olan 900 manat və dəyəri 1000 manat olan qızıl-zinət əşyalarını götürüb.

Hadisədən xəbər tutan ev sahibi Rza Bayramov dərhal Zərdab Rayon Polis Şöbəsinə müvafiq müraciət edib.

Cinayəti törədən şəxs tutulub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

twenty + 1 =