Zərdabda Gül Bayramına hazırlıq işləri görülür

0
23

ZerdabZərdab rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçiriləcək gül bayramına böyük hazırlıq işləri görülür, şəhər ərazisində tikinti-quruculuq və abadlıq işləri aparılır. Heydər Əliyev, Zərdabi, Sahil və Şəhidlərin xatirə parklarında, Heydər Əliyev prospektində, Azərbaycan, Zərdabi, Samir Abdullayev, Ramiz Kərimov, Nizami, 20 yanvar və digər küçələrdə səliqə-sahman işləri aparılır, müxtəlif çiçək və gül kolları əkilir. Bu məqsədlə rayona 15 min ədəddən çox müxtəlif növ çiçəklər gətirilmişdir.

Rayon mərkəzindəki şahmat məktəbinin ətrafı abadlaşdırılır, əraziyə dekorativ daşlar düzülür. Ümummilli lider Heydər Əliyevin, Milli Mətbuatımızın və Teatrımızın banisi Həsən Bəy Zərdabinin, Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun abidələrinin, Böyük Vətən Müharibəsində həlak olmuş zərdablıların xatirəsinə ucaldılmış abidə kompleksinin ətrafında təmir-bərpa işləri aparılır, müxtəlif bəzək kolları və çiçəklər əkilir. Şəhər ərazisində yağış sularının axıdılması üçün nəzərdə tutulmuş su kanalları təmir edilir, betonlama işləri aparılır. Şəhərin təmizliyinin qorunub saxlanılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Yol kənarlarında müxtəlif növ ağaclar, o cümlədən şam, küknar, çinar və sair ağaclar əkilir. Rayon mərkəzindəki prospekt və küçələrdə 16 ədəd yeni, müasir tipli işıqforların quraşdırılmasına başlanılmışdır. Tikinti-quruculuq, abadlıq işləri hazırda da davam etdirilir.

Zərdablılar Ulu Öndərin doğum günü münasibətilə keçirilən gül bayramına yüksək əhval-ruhiyyə ilə hazırlaşırlar.

Zərdab Rayon İcra HakimiyyətiZerdabZerdabZerdabZerdab